Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalə avtobioqrafiyadır, və ya məqalə subyekt yaxud mövzu ilə əlaqəli şəxslər tərəfindən geniş şəkildə redaktə edilmişdir. Vikipediyanın tərəfsizlik siyasətinə əsasən məqalədə düzəlişlərin aparılması zəruri ola bilər. Məqalənin müzakirə səhifəsində mövzu ilə əlaqəli müzakirələri tapa, yaxud müzakirə aça bilərsiniz. (iyul 2024) |
Ələddin Mehman oğlu Məlikov (16 sentyabr 1982[1], Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent.[2][3][4][5]
Ələddin Məlikov | |
---|---|
Ələddin Mehman oğlu Məlikov | |
![]() | |
Doğum tarixi | 16 sentyabr 1982(1982-09-16)[1] (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Mehman Abbas oğlu |
Elm sahələri | Fəlsəfə, Epistemologiya, İlahiyyat |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
Elmi adı | Dosent |
İş yeri | |
Elmi rəhbəri | Məhəmməd Səidi Mehr |
Tanınır | Müəllim |
orcid.org/0000-0001-5830… | |
![]() |
Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.[6] Ailəlidir.[7]
O universitetin ilk illərindən etibarən dini, tarixi, fəlsəfi, elmi, ictimai və ədəbi sahələrdə müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Fəlsəfə, elm və ədəbi məzmunda bir çox kitabın müəllifidir. Həmçinin bir neçə kitabın tərcüməçisi və redaktoru olmuşdur. Kitabları ölkə daxili və xaricində çap edilmişdir. Bəzi kitabların yazılışında və nəşrində, həmçinin bir çox jurnalların redaksiya heyətinin həqiqi üzvü olaraq iştirak etmişdir. Xarici ölkələrin aparıcı tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmiş, elmi kitab və məqalələrin yoxlanılmasında yaxından iştirak etmişdir.[33]
İşin adı | İşin növü | Ümumi sayı | WikiBooks | Həmmüəllif |
---|---|---|---|---|
Kitabları | Kitab | 15 | Bax→ | 2 |
Məqalələri | Məqalə | 110 | Bax→ | 5 |
Tezisləri | Tezis | 27 | Bax→ | 2 |
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti Ramiz Mehdiyevin elmi işlər üzrə köməkçisi olduğu vaxtda,[62] haqqında mətbuatda gerçək olmayan və reallığı əks etdirməyən xəbər nəşr edilib. Xəbərdə bildiilirdi: "əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur".[63] Həmin zaman məhz verilən məlumatın Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olması və bunun gerçək olması bir tərəfə qalsın mümkün olmaması barədə rəsmi cavablar mətbuatda öz əksini tapdı.[64] [65]