. Love.az

Eleddin Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Eleddin Pasa
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333[1], Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı.

Osman Qazioğlu Ələddin Paşa
türk. Alaeddin Paşa
Osmanlı sədrəzəmi
1320 – 1331
Əvvəlkiyoxdur
SonrakıNizaməddin Əhməd Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1281
Doğum yeri Söğüt,Biləcik ili, Rum Sultanlığı
Vəfat tarixi 1333[1]
Vəfat yeri
  • Bursa, Osmanlı imperiyası
Dəfn yeri
  • Bursa
Fəaliyyəti siyasətçi
Atası I Osman
Anası Rəbiə Bala Xatun
Ailəsi Osmanlı xanədanı
Dini islam

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailə
  • 3 Xeyriyyə işləri
  • 4 İstinadlar

Həyatı

redaktə

İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir.

Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir.

1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur.

Ailə

redaktə

Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: [2]

  • Hörmətli Kılıç: Onların uşaqları var idi.
  • Hızır bəy: Uşaqları var idi.
  • Mehmed bəy: Bir oğlu və bir qızı var idi.
  • İbrahim bəy: Bir oğlu və bir qızı var idi.
  • Şahi Çələbi: Bir qızı var idi.
  • Taci Hatun
  • Ayşe Hatun
  • Paşa Hatun

Xeyriyyə işləri

redaktə

Bursada Qala içində iki məscidi və bir imarət tikdirmiş, adına vəqf təsis olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Stern S. M. Encyclopaedia of Islam. Leyden: Brill, 1986. C. I. S. 348.
  2. ↑ Alderson, 1956. səh. 163-164
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ələddin_Paşa&oldid=7560603"
LOVE.AZ