Ələddin Camal oğlu Sultanov (31 iyul 1928, Gəncə – 31 mart 2020, Bakıxanov) — general-mayor.
Ələddin Sultanov | |
---|---|
![]() | |
1998 – 2010 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 iyul 1928(1928-07-31) |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 2020(2020-03-31) (91 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hüquqşünas |
Rütbəsi |
![]() III dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
![]() ![]() ![]() |
Konstitusiya Məhkəməsinin hakimi (1998–2010), Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini (1992), Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi (1990), Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru (1987), Azərbaycan SSR prokurorunun 1-ci müavini (1981), Naxçıvan MSSR prokuroru (1980), Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi (1979), Bakı şəhər Lenin (Sabunçu) rayonun prokuroru (1977), Lənkəran rayonun prokuroru (1970), Mingəçevir şəhər prokuroru (1967), Bakı şəhər 26 Bakı Komissarları adına (Səbail) rayonun prokurorunun müavini (1966), Bakı şəhəri Oktyabr (Yasamal) rayon Prokurorluğunda prokuror müavini (1963), Bakı şəhər prokurorluğun baş müstəntiqi (1959), Bakı şəhər Voroşilov (Nizami) rayonu prokurorluğun müstəntiqi (1956), Bərdə rayon prokurorluğun müstəntiqi (1952)
31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1947-ci ildə Gəncə şəhərinin M. Ə. Sabir adına orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1952-ci ildə fərqlənmə ilə bitirib. General-mayor rütbəsini əldə edib.
Ailəli olmuşdur, 4 övladı var.
Ələddin Sultanov Azərbaycan SSR sənaye tikintisi naziri Qurban Sultanovun qardaşıdır.[1]
1952-ci il Bərdə rayon prokurorluğunun müstəntiqi, 1956-cı il Bakı şəhəri Voroşilov (Nizami) rayonu prokurorluğun müstəntiqi, 1959-cu il Bakı şəhər prokurorluğunun baş müstəntiqi, 1963-cü il Bakı şəhəri Oktyabr (Yasamal) rayon prokurorluğunda prokuror müavini, 1966-cı il Bakı şəhəri 26 Bakı Komissarları (Səbail) rayonun prokurorunun müavini, 1967-ci il Mingəçevir şəhər prokuroru, 1970-ci il Lənkəran rayonun prokuroru, 1977-ci il Bakı şəhər Lenin (Sabunçu) rayonun prokuroru, 1979-cu il Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci il Naxçıvan MSSR prokuroru, 1981-ci il Azərbaycan SSR prokurorunun 1-ci müavini, 1987-ci il Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı il Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi, 1992-ci il Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri olaraq çalışmışdır.
Ələddin Sultanov 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi təyin olunmuşdur.[2]