. Love.az

Elekber Muradov - Wikipedia - Love.az

Ana Səhifə - Elekber Muradov

Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator.[1] Azərbaycanın əməkdar incəsənət xadimi (2005).

Ələkbər Muradov
Ələkbər Yunus oğlu Muradov
Digər adı Ələkbər Murad
Doğum tarixi 1 avqust 1948(1948-08-01)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 avqust 2013(2013-08-01) (65 yaşında)
Fəaliyyəti Aktyor
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20052005
IMDb ID2948639

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir.

Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir[2][3].

  • Kinomexanik Yunus Muradovun oğludur.
  • Rejissor Murad Muradovun atasıdır.

Mükafatları

redaktə
  • 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
  • Cəfər Cabbarlı mükafatı (2010).[4]

Filmoqrafiya

redaktə
  1. Anamın duaları (film, 2007)
  2. Anaya məktub (film, 1980)
  3. Armudu (film, 1986)
  4. Bakı. Müharibə illəri (film, 1985)
  5. Boru xətlərində yeni texnika (film, 1979)
  6. Dədə Şəmşir (film, 2002)
  7. Dünən, bu gün, sabah (film, 1992)
  8. Ərənlər (film, 2005)
  9. Gəmiqaya (film, 1981)
  10. Güllələnmə təxirə salınır!... (film, 2002)
  11. "Hacı Mail" nağılı... (film, 2005)
  12. Hamı bir nəfər üçün (film, 1984)
  13. Həsir (film, 1985)
  14. Hökm (film, 1994)
  15. Kənd əhvalatı (film, 1986)
  16. Kommersiya (film, 1992)
  17. Qaladan tapılan mücrü (film, 1982)
  18. Qanlı Bakı (film, 1994)
  19. Qərib cinlər diyarında (film, 1977)
  20. Qonaq-qaralı ev (film, 1992)
  21. Qorxma, mən səninləyəm
  22. Məğlubedilməzlər (film, 1983)
  23. Məhəbbətin familiyası (film, 1977)
  24. Mən mahnı qoşuram (film, 1979)
  25. Mənim ağ şəhərim (film, 1993)
  26. Müqəddəs oda yanaram (film, 1991)
  27. Nəsirəddin Tusi (film, 1984)
  28. O dünyadan salam (film, 1991)
  29. Odlu ürək (film, 1981)
  30. Oğlan (film, 1984)
  31. Özünü onun yerinə qoy (film, 1983)
  32. Səadət təranələri (film, 1980)
  33. Sonuncu dərviş (film, 2009)
  34. Şuşa yolu... (film, 2002)
  35. Təkəlduz (film, 1985)
  36. Tənha ruh (film, 1998)
  37. Toy marşı - Bakı toyları (2013)
  38. Uşaq səadəti bayramı (film, 1980)
  39. Üçüncü növbə (film, 1984)
  40. Yaddaşın rəmzi (2011)
  41. Yaşar Nuri olduğu kimi... (film, 2001)
  42. Zirzəmi (film, 1990)

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ Tanınmış kinooperator və rejissor Ələkbər Muradov vəfat edib //Mədəniyyət.- 2013.- 2 avqust.- S. 3.
  2. ↑ "Ələkbər Muradov vəfat etdi". 2013-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-01.
  3. ↑ "Ələkbər Muradov dünyasını dəyişdi". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-01.
  4. ↑ Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010. (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ələkbər_Muradov&oldid=8139139"
LOVE.AZ