. Love.az

Elekber Ziyatay - Wikipedia - Love.az

Ana Səhifə - Elekber Ziyatay

Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]

Ələkbər Ziyatay
Ələkbər Həsən oğlu Cəfərov
Doğum tarixi 21 dekabr 1913(1913-12-21)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 iyul 1982(1982-07-02) (68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti şair
Mükafatları "Əmək veteranı" medalı
Vikimənbənin loqosu Ələkbər Ziyatay Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 Yaradıcılığı
    • 3.1 Kitabları
  • 4 Şeirlərinə musiqi əsərləri
  • 5 Tərcümələri
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur.

Təhsili

redaktə

Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940).

Fəaliyyəti

redaktə

Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948). Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1950–1959), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri (1959–1968) işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.[2]

Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif olunmuşdur.

1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri onun adını daşıyır.[3]

Yaradıcılığı

redaktə

O, 1935-ci ildən ədəbi fəaliyyətə başlamışdır. Onun ilk şeirləri olan "İkibaşlı qartal", "Berlində yanğın", "İki cahan" respublika qəzet və jurnallarında dərc olunmuşdur.

Kitabları

redaktə
  1. Məhəbbət sınağı. Bakı: Uşaqgəncnəşr, 1946, 54 səh.
  2. Həyat mahnıları. Bakı: Azərnəşr, 1954, 44 səh.
  3. Şerlər. Bakı: Azərnəşr, 1961, 65 səh.
  4. Bakı gecələri. Bakı: Azərnəşr, 1964, 171 səh.
  5. Şerə dönən duyğular. Bakı: Yazıçı, 1983, 149 səh.

Şeirlərinə musiqi əsərləri

redaktə

Mahnılar

  • Zeynəb Xanlarova — Anam Azərbaycan — musiqi: Ələkbər Tağıyev
  • Gülağa Məmmədov — Bakı gecələri — musiqi: Ələkbər Tağıyev
  • Mobil Əhmədov — Göygöl — musiqi: Süleyman Ələsgərov

Muğamlar, təsniflər

  • Zeynəb Xanlarova — Bir gül seçdim yar üçün ("Demişəm" şeiri üstündə təsnif) — musiqi: Fikrət Əmirov, sözlər: Teymur Elçin
  • Zeynəb Xanlarova — Toy mahnısı ("Demişəm" şeiri üstündə təsnif) — udda çalır: Yasəf Eyvazov
  • Zeynəb Xanlarova — Səri arzularam ("Mən rəssam olsam" şeiri üstündə təsnif) — musiqi: Qara Qarayev
  • Zeynəb Xanlarova — Mirzə Hüseyn segahı ("Olmalıydın, olmadın" şeiri üstündə təsnif)

Tərcümələri

redaktə

Yaradıcılığında bədii tərcümə xüsusi yer tutmuşdur:

  • Homer "Odisseya"
  • Lope de Veqa "Nə yardan doyur, nə əldən qoyur"
  • Əlişir Nəvai. "Yeddi səyyarə" Arxivləşdirilib 2018-12-23 at the Wayback Machine
  • A. S. Qriboyedov. "Ağıldan bəla"
  • Eduardas Mejelaytis şerləri
  • A. S. Puşkindən, N. Nekrasovdan, T. Şevçenkodan çoxlu tərcümələri vardır.

İstinadlar

redaktə
  1. ↑ "Ələkbər Ziyatay - Azərbaycan şairi, tərcüməçi". ens.az. 2020-02-25 tarixində orijinalından arxivləşdirilib.
  2. ↑ "Tanımadığımız məşhur Ələkbər Ziyatay". modern.az. 2020-02-25 tarixində orijinalından arxivləşdirilib.
  3. ↑ "Azərbaycanın epistolyar irsi — Ələkbər Ziyatay". 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.

Xarici keçidlər

redaktə
  Vikimənbədə Müəllif:Ələkbər Ziyatay ilə əlaqəli mətnlər var.
  • Ələkbər Ziyatayın seçilmiş şeirləri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ələkbər_Ziyatay&oldid=7912974"
LOVE.AZ