. Love.az

Elis Bey Gulmemmedbeyov - Wikipedia - Love.az

Ana Səhifə - Elis Bey Gulmemmedbeyov

Əliş bəy Abbas bəy oğlu Gülməmmədbəyov — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Şuşa şəhər dumasının üzvü.

Əliş bəy Gülməmmədbəyov
Doğum tarixi 1878
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1920

Həyatı

redaktə

Əliş bəy Abbas bəy oğlu 1878-ci ildə Şuşa şəhərində Merdinli məhəlləsində anadan olmuşdu. İlk təhsilini Şuşa real məktəbində almışdı. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Şuşaya qayıtdıqdan sonra Şuşa Şəhər Dumasına üzv seçilmiş və Duma komissiyalarından birinə rəhbərlik etmişdir.

İmperator II Nikolay tərəfindən "Xidmətlərinə görə" (За усердие) medalı və digər mükafatlara layiq görülmüşdü. Azərbaycan Demokratik Respublikasının fəal tərəfdarlarından olub. Əliş bəy 1920-ci ildə vəfat edib.

Əliş bəyin İskəndər bəy adlı oğlu, Zümrüd xanım adlı qızı vardı.

İstinadlar

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əliş_bəy_Gülməmmədbəyov&oldid=7717869"
LOVE.AZ