Əliəjdər Əhməd oğlu Seyidzadə (1899, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet ədəbiyyatşünası və biblioqraf, Moskva hökumət darülfünun cünbündə (nəznində) biblioqrafi cəmiyyəti müxbir əzası (üzvü). 100-ə yaxın elmi əsərlərin müəllifi, həmçinin "Kitabxana işinin təşkili", "Ümumxalq kitabxanaları", "Xalq kitabxanalarında kitabların təsnif və təsvir olunması" və s. kimi kitabxana-biblioqrafiya metodik vəsaitlərini yazmışdır. Seyidzadə Azərbaycan mətbuatının biblioqrafik icmalların və kitab nəşri tarixinə dair məqalələrin müəllifidir. 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü.
Azərbaycanca:
Rusca: