. Love.az

Eli Ekber Yazici - Wikipedia - Love.az

Ana Səhifə - Eli Ekber Yazici
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əli Əkbər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Əli Əkbər (tam adı: Əliyev Ələkbər Əliağa oğlu) — yazıçı, jurnalist, tərcüməçi.

Əli Əkbər
Ələkbər Əliağa oğlu Əliyev
Doğum tarixi 28 yanvar 1978 (47 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Mərmərə Universiteti
Fəaliyyəti dilçi, jurnalist, yazıçı
Əsərlərinin dili Azərbaycan dili

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Biblioqrafiya
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əli Əkbər 1978-ci ilin 28 yanvarında anadan olub. 8-ci sinifə qədər Bakının 134 saylı orta məktəbində oxuyub. 1993-cü ildə orta təhsilini Türkiyədə davam etdirmək üçün bu ölkəyə yollanaraq İstanbulda Dini Təmayüllü liseyə daxil olub. 1996-cı ildə Mərmərə Universitetinin Jurnalistika Fakültəsinə qəbul olunaraq 2000-ci ildə bu universitetdən məzun olub. Təhsil aldığı illərdə Türkiyənin nüfuzlu nəşriyyatı sayılan "KAKNÜS" nəşriyyatında İctimaiyyətlə əlaqələr müdiri və tərcüməçi olaraq işləyib. Bir sıra ədəbiyyat dərgiləri üçün məqalələr yazıb, tərcümələr edib. İndiyə qədər türk dilinə 30 əsəri tərcümə edərək nəşr etdirib.

Yaradıcılığı

redaktə

Ələkbər Əliyev Azərbaycanda fəaliyyət göstərən, rus dilli intellektuallarının yaratdıqları "kultura.az" mədəniyyət və incəsənət internet portalının baş redaktorudur. Azərbaycan dilində çap olunmuş dörd bədii kitabın müəllifidir. 2009-cu ildə çap olunmuş qalmaqallı süjetə malik "Artuş və Zaur" romanı ilə böyük hay-küyə səbəb olmuşdur.

2012-ci ildən İsveçrədə yaşayır.

Biblioqrafiya

redaktə
  • 93-Tanrıların qürubu (roman)
  • Artuş və Zaur
  • Amneziya (roman)
  • Sarı gəlin (Əli Əkbərin əsəri)
  • Kreuzung (azərb. Kəsişmə)
  • Gilə (hekayə)
  • Emiqrant (bioqrafik roman)

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Əkbər_(yazıçı)&oldid=8026098"
LOVE.AZ