. Love.az

Eli Eliyev Emek Qehremani - Wikipedia - Love.az

Ana Səhifə - Eli Eliyev Emek Qehremani
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əli Əliyev.

Əli Nağı oğlu Əliyev (1932, Nehrəm, Naxçıvan MSSR – 22 may 1995, Nehrəm, Naxçıvan Muxtar Respublikası) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1982).

Əli Əliyev
Doğum tarixi 1932
Doğum yeri Nehrəm, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR
Vəfat tarixi 22 may 1995
Vəfat yeri Nehrəm, Babək rayonu, Azərbaycan
Fəaliyyəti üzümçü, tütünçü, pambıqçı
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı — 19781978

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əli Nağı oğlu Əliyev 1932-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) məktəbini bitirib.[1]

Əmək fəaliyyəti

redaktə

30-ildən çox Babək rayonunun "Kommunizm" kalxozunda birqadir işləmiş, "Usta pambıqçı", "Usta tütünçü", "Usta üzümçü" adlarına layiq görülüb. 1976–1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 2 çağırış SSRİ Ali Sovetinin, 2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.

Gərgin əməyi yüksək qiymətləndirilən Əli Əliyev kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, 2 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı", ən əsası 1982-ci ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.[2]

İstinadlar

redaktə
  1. ↑ Торпаға гајғы // Коммунист. — 1982. — 12 март. — С. 3.
  2. ↑ Əliyev Əli Nağı oğlu (azərb.) // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Əliyev_(əmək_qəhrəmanı)&oldid=7250778"
LOVE.AZ