Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 26 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Əli Əliyev (tam adı: Əli Həsən oğlu Əliyev; 6 fevral 1940, Sədərək, Noraşen rayonu – 22 fevral 2020, Bakı) — bioloq, insan və fiziologiyası sahəsində tanınmış alim, BDU-nun İnsan və heyvan fiziologiya kafedra müdiri. Biologiya elmləri doktoru, professor.
Əli Əliyev | |
---|---|
Əli Həsən oğlu Əliyev | |
Doğum tarixi | 6 fevral 1940(1940-02-06) |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 2020(2020-02-22) (80 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
1938-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunda Sədərək qəsəbəsində anadan olub.1957-ci ildə orta məktəbi bitirib.1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indi ki Bakı Dövlət Universiteti) biologiya fakültəsini 1970-ci ildə isə aspiranturanı bitirmişdir. BDU-nun İnsan və Heyvan fiziologiyası kafedrasında müəllim, baş müəllim(1972–1982) dosent (1982–1983) professor(1993–1997) olmuşdur.1997-ci ildən həmin kafedranın müdiridir. Təkamülün müxtəlif pillələrində intero-elektrorsepetiv qıcıqların şəkər mübadiləsində plastikliyi və formalaşan mexanizimlərinin araşdırılması, epifiziologiyanın əsasını təşkil edir.120-dən çox elmi məqalənin,5 dərs vəsaitinin, o cümlədən orta məktəblərin 9-cu sinif üçün "Biologiya. İnsan və onun sağlamlığı" dərsliyinin (200 şərikli) müəllifidir. 1 patent ixtira edib. "Qapalı şəraitdə yetişdirilən quşların məhsuldarlığının artırması üsulu" mövzusun üzrə ixtirayə görə (01.2007.0031) 12.02.2007-ci ildə AR Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət agentliyindən almışdır. "Azərbaycan ərazisində miqrasiya edən quşların yaz və payız köç vaxtlarında işıqlanma qanunauyğunluğu" mövzusunda əsərinə görə müəlliflik hüquqi şəhadətnaməsinə 12.04.2007-ci ildə layiq görülmüşdür (04/c-2600–07-qeydiyyat nömrəsi). Keçmiş SSRİ-nin Fizioloqlar Cəmiyyətinin XIV Qurultayının (1983) təşkilində fəal iştirakçı kimi təşəkkür almış, "XXI əsrin tanınmış alimi" Beynəlxalq diplomu ilə təltif olunmuş, "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat Komitəsinin qərarı ilə "Azərbaycanın tanınmış alimləri" Befnəlxalq layihəsinin qalibidir, Elmi uğurlarına görə BDU-nun və ATN-nin tərəfindən "Fəxri fərmanlə" mükafatlandırılmışdır (2007-ci il). TƏDQİQAT SAHƏSİ Təkamülün müxtəlif pillələrində bioloji sistemlərin (epifiz-hipotalamo-hipofizar-böyrək üstü vəzi sistemi) intero və eksteroseptiv stimulyasiyasının fiziki-kimyəvi əsaslarının neyroendokrin tənzimində bioritmlərin rolu problemləri tədqiqat sahəsidir