. Love.az

Eli Elizade Bestekar - Wikipedia - Love.az

Ana Səhifə - Eli Elizade Bestekar
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əli Əlizadə.

Əli Əlizadə (24 sentyabr 1961, Bakı) — Azərbaycan bəstəkarı.

Əli Əlizadə
Doğum tarixi 24 sentyabr 1961 (63 yaş)
Doğum yeri Bakı
Fəaliyyəti film bəstəkarı

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 Ailəsi
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar

Həyatı

redaktə

Əli Aqşin oğlu Əlizadə 24 sentyabr 1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (Fərəc Qarayevin sinfi, 1985). Azərbaycan İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasında çalışıb (1987-1999). 1999-cu ildən Türkiyənin Van şəhərində "Yüzüncü Yıl Universiteti"ndə dərs deyir. Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində 1-ci mükafata (1985), Bakıda BMT-nın təşkil etdiyi Respublika Bəstəkarlıq Musabiqəsində əsas mükafatlardan birinə (1998) layiq görülüb.

Əsərləri

redaktə
  • piano üçün "aşıq havası"
  • "2 küpəgirən qarı" (uşaqlar üçün müzikl)
  • 5 alət üçün "qədim səslər", "bütün suallara cavab"
  • 16 ifaçı üçün "serenata dolore" və S.

Ailəsi

redaktə

Bəstəkar Aqşin Əlizadənin oğludur.

Filmoqrafiya

redaktə
  1. Kiçik leytenant (film, 1996)

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Əlizadə_(bəstəkar)&oldid=6651620"
LOVE.AZ