Əli əl-Qari (ərəb. عليّ القاري) və ya Əbül-Həsən Nurəddin Əli ibn Sultan Məhəmməd əl-Qari əl-Həravi (Herat – 1605[1][2], Məkkə, Həbəşistan əyaləti) — Tanınmış Hənəfi fəqihi, mühəddis, müfəssir və qiraət alimi.
Əli əl-Qari | |
---|---|
ərəb. عليّ القاري | |
Doğum yeri | |
Vəfat tarixi | 1605[1][2] |
Vəfat yeri | Məkkə, Məkkə Şərifliyi, Osmanlı imperiyası |
Elm sahələri | fiqh, hədis, təfsir, qiraət |
Elmi rəhbəri | İbn Həcər əl-Heytəmi |
Heratda doğulub. İlk təhsilini də Heratda alıb. Məkkəyə gedərək orada məskunlaşıb. Məkkədə Müttəqi əl-Hindi, İbn Həcər əl-Heysəmi və Əllamə Qütbuddin əl-Məkki kimi alimlərdən dəsrlər alıb. Qiraətdə olduqca mahir olduğu üçün "əl-Qari", ümumi olaraq isə "Molla Əli əl-Qari" olaraq adlandırılıb. O, rəsmi heç bir işdə işləməmiş, kitab səhifələrinin kənarlarına təfsir və qiraətlə bağlı izahlar yazmaqla dolanmışdır. "Sülüs" və "Nəsix" yazı növlərində mahir olan Molla Əli, başda fiqh və hədis olmaqla, qiraət, təfsir, əqidə, kəlam, təsəvvüf, tarix, dil və ədəbiyyat sahələrində dövrünün qabaqcıl alimlərindən olmuşdur. Dövründəki bidət və xurafatlara qarşı çıxan Molla Əli, Muhiyyin ibn Ərəbinin "Vəhdəti-vücud" fəlsəfəsinə qarşı çıxmış və onu təkfir etmişdir. Hənəfi məzhəbinə mənsub olsa da İbn Teymiyyə və İbn Qeyyimin fikirlərini müdafiə etmişdir. Şəvkani onu müctəhid, Əbdülhey əl-Ləknəvi isə mücəddid adlandırmışdır.[3] Özü də bunu Allahın bir neməti olduğu deyərək təsdiqləmişdir.[4]
Əli əl-Qari, şəriət elmlərinin hər sahəsinə aid 180-ə yaxın əsər qələmə almış və demək olar ki, bunların hamısı dövrümüzə qədər gəlib çatmışdır. Onun nəşr olunmuş əsərləri bunlardır:
Bunlardan başqa onun "əl-Əsmarul-cəniyyə fi əsmail-Hənəfiyyə", "Şərhul-Muvatta", "Ənvarul-Quran və əsrarul-furqan", "Şərhu Əqaidin-Nəsəfi", "Fəraidul-qalaid alə əhadisi Şərhil-Əqaid", "Şərhuş-Şatibiyyə" kimi qiymətli əlyazmları da vardır.[5]