Əli Abasov (tam adı: Əli Seyidabbas oğlu Abasov; d.11 oktyabr 1950; Bakı, Azərbaycan) — Azərbaycan filosofu, fəlsəfə üzrə elmlər doktoru (1998), professor (2007).
Əli Abasov | |
---|---|
Əli Seyidabas oğlu Abasov | |
Doğum tarixi | (74 yaş) |
Doğum yeri | Bakı |
Milliyyəti |
![]() |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | Fəlsəfə üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili | Azərbaycan Pedaqoji Universiteti |
Mükafatları |
Əli Abasov 11 oktyabr 1950-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmişdir. Materiyanın struktur səviyyələrinin məkan-zaman təşkili problemi mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında işə başlamışdır. Ümumilikdə 147 əsərin müəllifidir. Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü, Rusiya Energetika və Ekologiya Akadeyasının həqiqi üzvü, "Dünya professorları sülh uğrunda" Beynəlxalq təşkilatının üzvüdür. Əli Abasov 2001-ci ildən AMEA-da şöbə müdiri vəzifəsində çalışır. [1]
Məkan və zaman, məkan-zaman paradiqmalarını müxtəlif sistemlərin məkan-zaman təşkilatı baxımından əsaslandırıb. XX əsrin 80-ci illərində idrak qaydalarının radikal transformasiyası tendensiyalarını üzə çıxarıb, elmdə müşahidə olunan böhran və yeni şüurun formalaşma prosesini nəzərdən keçirib. İdrakda ən yeni istiqamətlər və elmlərin konvergensiyası məsələləri üzərində işləyib. Hazırda klassik, qeyri-klassik, postqeyri-klassik idrak konsepsiyalarının korrelyasiyası üzərində işləyir. Tədqiqatları əsasən idrak nəzəriyyəsi, sosial fəlsəfə, gender problemlərinə həsr olunmuşdur. Xaricdə 28 elmi əsəri çapdan çıxmışdır, həmçinin beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 3 məqaləsi çap olunmuşdur. [2]