. Love.az

Eli Allahverdiyev Aktyor - Wikipedia - Love.az

Ana Səhifə - Eli Allahverdiyev Aktyor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əli Allahverdiyev.

Allahverdiyev Əli Fərman oğlu (23 mart 1948, Alabaşlı, Samux rayonu – 15 iyun 2010, Gəncə) — azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (1981).

Əli Allahverdiyev
Əli Fərman oğlu Allahverdiyev
Doğum tarixi 1 fevral 1948
Doğum yeri Alabaşlı, Samux, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 iyun 2010 (62 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan SSR əməkdar artisti

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əli Allahverdiyev 1 fevral 1948-ci ildə Samuxda anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmiş, 1966-cı ildən Gəncə Dövlət Dram teatrında işləməyə başlamışdır. C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında işlədiyi dövrdə Səməd Vurğunun" Vaqif" pyesində Qacar, "Komsomol" poemasında Gəray bəy, Cəfər Cabbarlının "Yaşar" pyesində Yaşar, "Aydın" pyesində Dövlət bəy, "Solğun çiçəklər"də Əbdül, "Almas"da İbad, "Aslan və Fərhad" əsərində Aslan və sair rollar oynamışdır. 1990-cı ildən Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir. Bu teatrın səhnəsində hazırlanan "Xeyir və Şər" əsərində Kürd, "Gül və zəhər" əsərində Loğman, "Zəhmət dastanı"nda Qoca, "Hikmət axşamında" Sokrat, "Sevgi dastani"nda Vəzir, Nizami Gəncəvinin "Xəmsə" motivləri əsasında M. Alimin səhnələşdirdiyi "Yeddi məhbusun şikayəti" tamaşasında Bəhram və s. obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır.

Mükafatları

redaktə
  • Azərbaycan SSR əməkdar artisti — 24.12.1981[1]

İstinadlar

redaktə
  1. ↑ C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 dekabr 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı

Xarici keçidlər

redaktə
  • Əli Allahverdiyev
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Allahverdiyev_(aktyor)&oldid=6870346"
LOVE.AZ