. Love.az

Eli Babayev Dovlet Xadimi - Wikipedia - Love.az

Ana Səhifə - Eli Babayev Dovlet Xadimi
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əli Babayev.

Əli Bədir oğlu Babayev (1957, Puşkin – 5 iyun 2022) — Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Əli Babayev
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı
27 iyun 1994 – 25 iyul 2001
ƏvvəlkiValeh Səfiyev
SonrakıƏlibala Məmmədov
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini
1991 – 1992
İcra başçısıSabir Xammədov
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
  • Puşkin, Puşkin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 iyun 2022(2022-06-05)
Vəfat səbəbi insult
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1991)
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (–1978)
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Əli Bədir oğlu Babayev 1957-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Biləsuvar 19 nömrəli SMD-də çilingər kimi başlamışdır. Daha sonra, 1980–1981-ci illərdə rayon Kənd Təsərrüfatı İdarəsində çalışmışdır.[1]

Əli Babayev 1987-ci ildən "Türkmənistan", 1990-cı ildən isə "Səməd Vurğun" adına kolxozların sədri, 1993–1994-cü ildə "Şəfəq" kolxozunun sədri işləyib. O, 2002-ci ildən ölümünədək "Biləsuvar-Quşçuluq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini daşımışdır.[1]

2022-ci ilin iyun ayında Biləsuvar Rayon Ağsaqqallar Şurasının iclasından sonra insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdir. O, 5 iyun 2022-ci ildə ölmüşdür.[2]

İctimai-siyasi fəaliyyəti

redaktə

Əli Babayev 1981–1985-ci illərdə Rayon Komsomol Komitəsində məsul vəzifələrdə, 1985-ci ildən isə Rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.[1]

Əli Babayev 1991–1992-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 27 iyun 1994-cü il tarixli 166 nömrəli fərmanı ilə Əli Babayev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[3] O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyul 2002 tarixli 997 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[4]

Əli Babayev 2021-ci ilin may ayından Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini daşımağa başlamışdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  2. ↑ "Arxivlənmiş surət". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  3. ↑ "Arxivlənmiş surət". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  4. ↑ "Arxivlənmiş surət". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Babayev_(dövlət_xadimi)&oldid=7749820"
LOVE.AZ