. Love.az

Eli Bozan - Wikipedia - Love.az

Ana Səhifə - Eli Bozan

Əli Bozan (1978, Adıyaman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Əli Bozan
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023 — Mərsin
Şəxsi məlumatlar
Doğum tarixi 1978
Doğum yeri
  • Adıyaman ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • DEM Partiya
Fəaliyyəti vəkil, siyasətçi

Həyatı

redaktə

Əli Bozan 1978-ci ildə Adıyaman ilinin Yaylaqonaq ilçəsində anadan olub. İbtidai və orta təhsili Mərsində, lisey təhsilini Adıyamanda Anadolu Liseyində alıb. 2002-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub.[1]

2004-cü ildən Mərsin Vəkillər Kollegiyasında çalışıb. İnsan Hüquqları Dərnəyində və Azadlıq Naminə Hüquqşünaslar Dərnəyində vəzifələrdə təmsil olunub.[1]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscə bilir. 2 uşaq atasıdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 TBMM. "Ali BOZAN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Bozan&oldid=7498830"
LOVE.AZ