. Love.az

Eli Cavan - Wikipedia - Love.az

Ana Səhifə - Eli Cavan

Əli Cavan (fars. علی جوان‎, ing. Ali Javan; 26 dekabr 1926, Tehran – 12 sentyabr 2016[1], Los-Anceles, Kaliforniya) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. Bennett və D. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikası və spektroskopiya sahələrində olmuşdur.

Əli Cavan
fars. علی جوان‎
Doğum tarixi 26 dekabr 1926(1926-12-26)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat tarixi 12 sentyabr 2016(2016-09-12)[1] (89 yaşında)
Vəfat yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Elm sahələri Kvant elektronikası, fizika
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yerləri
  • Kolumbiya Universiteti,
  • Bell Labs,
  • Massaçusets Texnologiya İnstitutu
Təhsili
  • Tehran Universiteti,
  • Kolumbiya Universiteti (–1954)
Tanınmış yetirmələri Maykl Stiven Feld, Riçard Maqi Osqud
Mühüm layihələri

Qaz lazeri, İnversiyasız lazerləmə, Lazerli spektroskopiya,

İşığın zaman tezliyi
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d]
Mükafatları

Stüart Ballantayn Medalı (1962),

Albert Eynşteyn Dünya mükafatı (1993)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və karyerası
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı və karyerası

redaktə

Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdur[2]. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Elmi araşdırmalara hədsiz marağı olan Əli Cavan 1954-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1958–61-ci illərdə Bell-Telefon laboratoriyalarında işləmişdir. 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyir. Əli Cavanın tədqiqatları kvant elektronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Qeyri-xətti spektroskopiyanın əsasın qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf etmişdir. 1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaratmış və bunu 1969-cu ildə müşahidə etmişdir.[3]

1970-ci ildə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri xətti flyuressensiyaların metodlarını işləmişdir. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf etmişdir. O, "Qaz lazerin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi" adlı fundamental araşdırmalarına görə 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülmüşdür. 1993-cü ildə isə alimə nüfuzlu Albert Eynşteyn mükafatı verilmişdir.[4]

Avrasiya Akademiyasının birinci üzvüdür.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://www.laserfocusworld.com/articles/2016/09/photonics-community-loses-hene-pioneer-ali-javan.html.
  2. ↑ Dünyada ilk dəfə qaz lazerini azərbaycanlı kəşf etmişdir [ölü keçid]
  3. ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  4. ↑ "Əli Cavan" (PDF) (azərb. ‎). 23 may 2011 tarixində arxivləşdirilib (PDF).
  5. ↑ "Eurasian Academy Official Site". 2018-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-02.

Həmçinin bax

redaktə
  • Hal-hazırda yaşayan yüz dahi

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Cavan&oldid=7032553"
LOVE.AZ