Əli Nizami oğlu Hacızadə (26 fevral 1984, Bakı) — siyasi analitik[1][2], iş adamı.[3][4]
Əli Hacızadə | |
---|---|
![]() | |
Doğum tarixi | 26 fevral 1984(1984-02-26) (41 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | siyasi analitik, iş adamı |
Mükafatları |
![]() |
alihajizade.com | |
![]() |
Əli Hacızadə 26 fevral 1984-cü ildə Bakı şəhərində anadan olub, 2000-ci ildə Bakı şəhərində 8 saylı orta məktəbi, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirib. 2005–2006-cı illərdə hərbi xidmətdə olub.
Əli Hacızadə Yaxın Şərq mövzusunda bir çox məqalə, analiz və ekspert rəyinin müəllifidir. Onun yazı, analiz, müsahibə və ekspert rəylərinə, Azərbaycan[5][6][7], Türkiyə[8][9], ABŞ[10], İsrail[11], Çin[12], Rusiya[13], Ərəb[14] və Avropa[15] KİV-lərində rast gəlmək mümkündür. Hacızadənin həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair analiz və yazıları mövcuddur.[16][17][18][19] Əli Hacızadənin regiondakı vəziyyət haqqında analitik proqnozlarına Britaniyanın "The Times" və ABŞ-nin "The Wall Street Journal" kimi nüfuzlu dərgiləri istinad edir.[19][20]
Əli Hacızadə yazı və çıxışlarında informasiya müharibəsinə[21][22] və müasir dünyada Hibrid müharibə taktikalarına[23][24] geniş yer verir. Hibrid Müharibələrin və informasiya müharibələrinin, habelə onların taktikalarının təhlili və araşdırılması Hacızadənin yayımladığı bir çox analiz və etdiyi bir çox çıxışlarının əsas mövzusunu təşkil edir.
2018–19 cu illərdə Əli Hacızadə ərəb dünyasının nüfuzlu KİV-lərindən biri olan Al-Arabiyada köşə yazarı kimi öz yazı və analizlərini dərc etdirib. Burada da əsas mövzunu İranın Yaxın Şərq regionunda apardığı Hibrid müharibə təşkil edib.[25]
Əli Hacızadə 2012-ci ildə təsis etdiyi "Hajizade Group" şirkətinin sahibi və rəhbəridir. Qrupa daxil olan şirkətlər ictimaiyyətlə əlaqələr, təhsil və media sektorlarında fəaliyyət göstərir.
Vikipediyanın Azərbaycan, rus və fransız dilindəki bölmələrində çoxsaylı redaktələri vardır.[26]
Əli Hacızadə "1915 — Osmanlı Dosyesi" (rus. "1915 - Османское досье") tədqiqat əsərinin müəllifidir. Əsər, 20 aprel 2015-ci ildə təqdim edilib. Əsərdə Birinci Dünya müharibəsi zamanı, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən, habelə ondan sonrakı dövrləri əhatə edən hadisə və proseslər, Erməni soyqırımı ilə bağlı mənbələr və səsləndirilən fikirlər tədqiq olunub.[27][28] Ümumilikdə kitab 13 bölmədən ibarətdir.[29]
Əli Hacızadə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.[30]
Vikianbarda Əli Hacızadə ilə əlaqəli mediafayllar var. |