. Love.az

Eli Memmedov Emek Qehremani - Wikipedia - Love.az

Ana Səhifə - Eli Memmedov Emek Qehremani
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əli Məmmədov.

Əli Cəlil oğlu Məmmədov (1898–1968) — Sosialist Əməyi Qəhrəmanı (1949).

Əli Məmmədov
Əli Cəlil oğlu Məmmədov
Doğum tarixi 1898
Doğum yeri Şahtaxtı, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi 1968
Vəfat yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 19491949
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Həyat və əmək fəaliyyəti

redaktə

Əli Məmmədov 1898-ci ildə İliç rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1928-1953-cü illərdə Naxçıvan rayonunun "Azərbaycan" kolxozunda sədr işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Azərbaycan SSR və Zaqafqaziya MİK-lərinə, Azərbaycan KP MK Naxçıvan Vilayət Partiya Komitəsinə üzv seçilmişdir. 24 iyun 1949-cu ildə qoyunçuluğun inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Əli Məmmədov 1968-ci ildə Naxçıvanda vəfat etmişdir.

Mənbə

redaktə
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 499.
  • Məmmədov Əli Cəlil oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Məmmədov_(əmək_qəhrəmanı)&oldid=6641176"
LOVE.AZ