. Love.az

Eli Tehmezov - Wikipedia - Love.az

Ana Səhifə - Eli Tehmezov

Təhməzov Əli Şahbaba oğlu (2 yanvar 1943, Keşdiməz, Ağsu rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müavini (1993–1994), Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1993–1994), Azərbaycan Respublikasının əməkdar inşaatçısı (1991).[1]

Əli Təhməzov
Azərbaycan Respublikasının baş nazirinin müavini
18 may 1993 – 16 oktyabr 1994
Baş nazirPənah Hüseyn (1993)
Surət Hüseynov (1993-1994)
Fuad Quliyev (1994-1996)
SonrakıAbid Şərifov
Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri
18 may 1993 – 16 oktyabr 1994
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıAbid Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1943(1943-01-02) (82 yaş)
Doğum yeri
  • Keşdiməz, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Azərbaycan Respublikasının əməkdar mühəndisi

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

Əli Təhməzov 2 yanvar 1943-cü ildə Ağsu rayonunun Keşdəməz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

Azərbaycan Respublikasının əməkdar inşaatçısı və Azərbaycan Respublikasının əməkdar mühəndisidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 3 övladı var.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə 1961-ci ildə başlamış və tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildən 2 nömrəli Ev Tikmə Kombinatının rəisi, 1982-ci ildən Birlik İdarəsinin rəisi, 1985-ci ildən Bakı Baş Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dəmir Yol İdarəsinin rəis müavini və 1992-ci ildən Nazirlər Kabinetində baş referent vəzifələrində çalışmışdır.

1993–1994-cü illərdə Azərbaycan Respublikasının baş nazirinin müavini və Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir.

2003–2015-ci illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Layihə İdarəsində rəis müavini çalışmışdır.

Mükafatları

redaktə
  • Azərbaycan Respublikasının əməkdar inşaatçısı
  • Azərbaycan Respublikasının əməkdar mühəndisi

İstinadlar

redaktə
  1. ↑ "Bakı Baş Tikinti İdarəsi sənaye üsulu ilə evtikmə istehsal birliyinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1991-ci il tarixli, 266 nömrəli Fərmanı Arxivləşdirilib 2017-12-28 at the Wayback Machine  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_Təhməzov&oldid=7408907"
LOVE.AZ