. Love.az

Eli Ibn Babaveyh Qummi - Wikipedia - Love.az

Ana Səhifə - Eli Ibn Babaveyh Qummi

Şeyx Əli ibn Babaveyh əl-Qummi (ərəbcə: علي بن بابويه القمي) (d.hicri üçüncü əsr - ö.329/941 ) tam adı Əbül-Həsən Əli bin Hüseyn bin Musa bin Babaveyh əs-Səduq əl-Qummidir. Səduq əl-Əvvəl(Birinci Səduq) kimi tanınır. Məşhur alim Şeyx Səduqun atasıdır. Hicri III əsrdə Qum şəhərində anadan olmuşdur. O, İmam Həsən Əskərinin müasiri idi. Hicri 329-cu ildə vəfat etmiş və Qum şəhərində dəfn edilmişdir.

Elmi Şəxsiyyəti

redaktə

İbn Nədim İbn Babaveyh haqqında "Şiənin fəqihlərindən, etimad edilən alimlərindən" olduğunu qeyd edir.[1]

Əsərləri

redaktə

İbn Babaveyh Qummi bir çox əsər yazmışdır. İbn Nədim Şeyx Səduqdən nəqlən İbn Babaveyhin "200 kitabının" olduğunu qeyd edir.[2]

 
Əli ibn Babaveyhin Qumdakı məqbərəsi

İstinadlar

redaktə
  1. ↑ İbn ən-Nədim, əl-Fihrist, səh.227, Beyrut çapı
  2. ↑ İbn ən-Nədim, əl-Fihrist, səh.227, Beyrut çapı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_ibn_Babaveyh_Qummi&oldid=8135897"
LOVE.AZ