. Love.az

Eliabbas Medetzade - Wikipedia - Love.az

Ana Səhifə - Eliabbas Medetzade

Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).

Əliabbas Mədətzadə
Doğum tarixi 1909
Doğum yeri
  • Maştağa, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1972
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahələri iqlimşünaslıq, meteorologiya
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru
Elmi adı
  • professor
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (–1931)
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1970

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Elmi əsərləri
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır.[1]

Elmi fəaliyyəti

redaktə

İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib.Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib.Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir.[2]

Elmi əsərləri

redaktə

Ə.A.Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub.

Həmçinin bax

redaktə
  • Şahvələd Xəlilov
  • Məhəmməd Abduyev

İstinadlar

redaktə
  1. ↑ Budaq Budaqov.Azərbaycanın Coğrafiyaçı alimləri. Bakı "Elm" səh.64. 2013
  2. ↑ Budaq Budaqov.Azərb.coğrafiyaçı alimləri. "Elm" nəşriyatı Bakı-2013 səh65
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əliabbas_Mədətzadə&oldid=6579611"
LOVE.AZ