. Love.az

Elibeyli Zerdab - Wikipedia - Love.az

Ana Səhifə - Elibeyli Zerdab
Bu adın digər istifadə formaları üçün bax: Əlibəyli.

Əlibəyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlibəyli kəndi Zərdab şəhərindən 3 kilometr cənub-qərbdə yerləşir.

Əlibəyli
40°11′55″ şm. e. 47°40′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zərdab rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 5,25 km²
İqlimi subtropik
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.050 nəfər
Milli tərkibi azərbaycanlılar
Dini tərkibi sünni müsəlmanlar
Rəsmi dili azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6315
Xəritəni göstər/gizlə
Əlibəyli xəritədə
Əlibəyli
Əlibəyli

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 İqtisadiyyatı
  • 4 Din
  • 5 İstinadlar

Tarixi

redaktə

Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılan bu kənd Kür və Türyançay (Qarasu) çaylarının qovşağında yerləşir. Kəndin adı Əlibəy adlı şəxsin adı ilə bağlı yaranıb. Ötən əsrlərdə Əlibəyli sakinləri əsasən baramaçılıq, maldarlıq və əkinçiliklə məşğul olublar.

Əhalisi

redaktə

Mənbələrə görə, XIX əsrin ortalarında Əlibəyli 11 evdən, 1887-ci ildə isə 38 evdən və 166 sakindən ibarət olub. Tovuz və Qax rayonlarında da Əlibəyli adlanan kəndlər var. Mənbələrdə göstərilir ki, 1700-cü illərdə İrəvan əyalətində də Əlibəyli adlı kənd var imiş. İndi kəndin əhalisi 1050 nəfərdir. Kəndin dini tərkibi sünnilərdir.[mənbə göstərilməlidir]

İqtisadiyyatı

redaktə

Kənd sakinləri əsasən əkinçilik, heyvandarlıq, meyvəçilik, baramaçılıq, balıqçılıq, quşçuluq və tərəvəzçiliklə məşğul olurlar. Kənddə icra nümayəndəliyi, bələdiyyə, məktəb, kitabxana, məscid və s. vardır.

Din

redaktə

Kənddə Əlibəyli kənd məscidi dini icması fəaliyyət göstərir.[1]

İstinadlar

redaktə
  1. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
Zərdab rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlibəyli_(Zərdab)&oldid=8046471"
LOVE.AZ