Əlikiçik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd.[2][3][4][5]
Kənd | |
Əlikiçik | |
---|---|
![]() | |
40°31′31″ şm. e. 44°23′30″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1829 |
Mərkəzin hündürlüyü | 1.894 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sağ tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Əli kiçik[6], Qafqazın 5 verstlik xəritəsində Əli qoçaq (Али кочак) formasında[7] qeyd edilmişdir. Kəndin digər adı Əli kuçak olmuşdur[8]. Kəndin adı erməni mənbələrində Əli kuşak formasında da qeyd edilir[9].
Toponim Əli kiçik şəxs adı əsasında əmələ gəlmişdir. F.Sümər qeyd edir ki, Zəngilər dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük[10] idi[11]. Belə qənaətə gəlirik ki, kəndin adı həmin şəxsin adını özündə əks etdirir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kuçak qoyulmuşdur. 1590-cı ilə aid mənbədə Əli Kiçək kimidir[12]. 1728-ci ilə aid mənbədə Abaran nahiyəsində qeyd olunur[13][14](23, 110). 1935-ci ildə Kuçək adlandırılmışdır.