. Love.az

Elipenah Abbasov - Wikipedia - Love.az

Ana Səhifə - Elipenah Abbasov

Əlipənah Abbasov — (tam adı: Əlipənah Bəhmən oğlu Abbasov; d.20 mart 1954; Cəlilabad, Üçtəpə — ö.21 fevral 1997, Bakı) – Azərbaycan geoloqpaleontoloqu, geologiya-mineralogiya elmlər doktoru (1993).

Əlipənah Abbasov
Əlipənah Bəhmən oğlu Abbasov
Doğum tarixi 20 mart 1954
Doğum yeri Cəlilabad rayonu, Üçtəpə, Azərbaycan SSR
Vəfat tarixi 21 fevral 1997 (42 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru

Mündəricat

  • 1 Həyatı
  • 2 Tədqiqatları
  • 3 Həmçinin bax
  • 4 Mənbə

Həyatı

redaktə

Əlipənah Abbasov 1954-cü ildə mart ayının 20-də Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1997-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.

Tədqiqatları

redaktə

Tədqiqatları, əsasən, Azərbaycanın Təbaşir yaşlı çöküntülərinin radiolariya faunasının və radiolariyaların filogenetik inkişaf mərhələlərinin öyrənilməsinə həsr olunmuşdur. Azərbaycanda radiolariyalara görə Təbaşir çöküntülərinin ayrı-ayrı rayonnlar üzrə strati qrafik bölgüsünü işləyib hazırlamış, silisiumlu vulkanogen süxurların yaşını dəqiqləşdirmiş və Kiçik Qafqazda silisium oksidinin toplanma sxemini tərtib etmişdir. 40-dan çox elmi əsərin müəllifidir.[1]

Həmçinin bax

redaktə
  • Elmira Vəliyeva
  • Nizami Cəfərov (geoloq)
  • Şamil Əzizbəyov

Mənbə

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 18. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlipənah_Abbasov&oldid=7177532"
LOVE.AZ