. Love.az

Elisemid Kur - Wikipedia - Love.az

Ana Səhifə - Elisemid Kur
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Əlisəmid Kür (8 fevral 1954, Salyan, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi.

Əlisəmid Kür
Doğum tarixi 8 fevral 1954(1954-02-08) (71 yaş)
Doğum yeri
  • Salyan, Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı
  • Qorqud Cəfərli
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti şair

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 Ədəbi mükafatları
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.

1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.

1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.

Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir.

Aktyor Qorqud Cəfərlinin atasıdır

Kitabları

redaktə
  • "Rəngli kölgələr", Bakı, "Yazıçı", 1989
  • "Əlisəmid və qırx tanış üz", Bakı, "İşıq", 1991
  • "Kentavr", Bakı,"Sabah", 1995
  • "Çaylar məcrasından çıxanda", Bakı, "Vektor", 2004
  • "Sonuncu dua", Təbriz, "Dənizçin", 2013

Ədəbi mükafatları

redaktə
  • "Qızıl çələng" poeziya mükafatı, Türkiyə, Antaliya, 1992
  • "Vektor" Beynəlxalq Elmi Mərkəzinin poeziya mükafatı, 2003
  • Beynəlxalq Rəsul Rza mükafatı laureatı, 2004
  • "Türk ədəbiyyatına xidmətlərinə görə" ədəbiyyat ödülü, Ankara, 2014

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  • Əlisəmid KÜR Arxivləşdirilib 2011-09-23 at the Wayback Machine
  • Əlisəmid Kür - XəzərJurnalı.az
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlisəmid_Kür&oldid=8109221"
LOVE.AZ