. Love.az

Elisaab Orucov - Wikipedia - Love.az

Ana Səhifə - Elisaab Orucov

Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992).

Əlisaab Orucov
Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi
7 aprel 1992 – 2 iyul 1992
PrezidentYaqub Məmmədov (i. e.)
Ayaz Mütəllibov
İsa Qəmbər (i. e.)
Əbülfəz Elçibəy
Baş nazirFeyruz Mustafayev (i. e.)
Rəhim Hüseynov
SonrakıSurət Hüseynov
Azərbaycan Respublikasının ədliyyə naziri
5 fevral 1991 – 7 aprel 1992
Əvvəlkivəzifə adı dəyişdirilib
Sonrakıİlyas İsmayılov
Azərbaycan SSR ədliyyə naziri
15 yanvar 1985 – 5 fevral 1991
ƏvvəlkiNəriman Yusifov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1946(1946-01-24) (79 yaş)
Doğum yeri
  • Göyçay, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (1966–1971)

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.[1]

1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur.[2] 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.[1]

Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.[2]

Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.[3]

Əlisaab Orucov 1973-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[4] Azərbaycan SSR Ali Sovetinin XI (1985–1991) və XII (fevral–may 1991) çağırış deputatı seçilmişdir.

Həmçinin bax

redaktə
  • Azərbaycan ədliyyə nazirlərinin siyahısı
  • I Azərbaycan hökuməti

İstinadlar

redaktə
  1. ↑ 1 2 Əlisaab Orucov. Mübarizəmiz Qarabağdadır (PDF). Bakı: "Gənclik" nəşriyyatı. 2011. səh. 3–20. ISBN 5-8020-1670-10. 2022-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-08.
  2. ↑ 1 2 Müstəqil Azərbaycanın ilk ədliyyə naziri // Erməni terroru. Qarabağda müharibənin başlaması. Hadisələr... Faktlar... (PDF). Bakı: "Avropa" nəşriyyatı. 2008. səh. 212. 2022-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-08.
  3. ↑ Оруҹов Әлисааб Сәфтәр оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 391. ISBN 5-89600-253-x.
  4. ↑ Оруҹов Әлисааб Сәфтәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 313.

Xarici keçidlər

redaktə
  • "Əlisaab Orucov erməni məsələsindən və illər əvvəl çıxardığı ölüm hökmündən danışır". hafta.az. 3 may 2016. 8 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
  • "Ə. S. Orucovun Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
  • "Azərbaycan Respublikası Prezidentinin Fövqəladə səlahiyyətli nümayəndəsi Ə. S. Orucovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
  • "Ə. S. Orucovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2 iyul 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
  • "Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində prezident idarə üsulunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
  • "Ə. S. Orucovun Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2 iyul 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
  • "Azərbaycan Respublikasının xalq deputatları F. R. Mustafayevin, Z. S. Hacıyevin, Ə. S. Orucovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı". e-qanun.az. 24 may 1991. 8 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlisaab_Orucov&oldid=7862525"
LOVE.AZ