İbrahimov Əliyar Şahmərdan oğlu (25 noyabr 1939, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, professor[1].
Əliyar İbrahimov | |
---|---|
İbrahimov Əliyar Şahmərdan oğlu | |
Doğum tarixi | 25 noyabr 1939(1939-11-25) (85 yaş) |
Doğum yeri | |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
Əliyar İbrahimov 1939-cu ildə Culfa rayonunun Başkənd kəndində anadan olmuşdur. 1959–1962-ci illərdə hərbi xidmətdə olmuşdur. 1968-ci ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin bitirmiş, bioloq, biologiya və kimya müəllimi ixtisası verilmişdir.
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası V. L. Komarov adına Nəbatat İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, 1980-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MSSR yüksək dağ zonasının bitki örtüyü və onun xalq təsərrüfatı əhəmiyyəti" mözusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və həmin vaxtdan doktorluq dissertasiyası üzrə tədqiqatlara başlamışdır.
1977–1993-illərdə Naxçıvan Regional Elm Mərkəzndə "Biologiya" şöbəsinin müdiri, həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi nəzdnində yaradılmış "Loğman" Dərman Bitkiləri Elmi İstehsalat Kooperativinin sədri vəzifəsində çalışmış, elmi və müəllimlik fəaliyyətini də davam etdirmişdir. Bu müddətdə Naxçıvan MR-ın florası və bitki örtüyünü tədqiq etməklə yanaşı, regionun bitkiliyində yayılmış dərman bitkilərini öyrənməklə, onlardan insanların sağlamlığının qorunmasında elmi əsaslarla istifadə olunmasına nail olmuşdur. "Loğman" кооperativində Bakının "Fармхим" zavodu və Rusiyanın Qus-Xrustal zavodu ilə birgə müqavilə əsasında hazırladığı "Xatun" biokremi və bitki dərman yığıntıları SSRİ Ticarət-Sənaye Palatası və Toksikoloji Mərkəz tərəfindən müsbət qiymətləndirilmiş, bir sıra böyük şəhərlərdə: Moskva, Sankt-Peterburq, Stavropol, Bakı, Naxçıvan və s. ərazilərdə satılmışdır. Onun təklifi əsasında Naxçıvan şəhərində "Yaşıl aptek" açılmışdır. 1977-ci ilədək orta ümumtəhsil məktəbində direktor vzifəsində, kimya və biologiya müəllimi, 1977-ci ildən 1989-cu ilə kimi Azərbaycan EA Naxçıvan Regional Elm Mərkəzində (hazırda Bioresurslar İnstitutu) "Biologiya" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993–2001-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində "Geobotanika" sektorunun müdiri, 2001–2002-ci illərdə Azərbaycan MEA Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini işləmişdir. Ə. Ş. İbrahimov doktorluq dissertasiya ilə əlaqədar çoxillik tədqiqatları zamanı topladığı bitki kolleksiyası əsasında Azərbaycan EA Naxçıvan Regional Elm Mərkəzində, 2004–2008-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitunda zəngin genetik bitki və toxum kolleksiyası əsasında "Herbari fond"ları yaratmışdır.
1983-cü ildən "Naxçıvan MR-in bitkiliyi, onun məhsuldarlığı və botaniki-coğrafi rayonlaşdırılması" mövzusunda doktorluq dissertasiya işi üzərində çalışmışdır. 2001 və 2003-cü illərdə yüksəkixtisaslı botanik kimi Bakıya dəvət olunmuş və 5 Beynəlxalq Ekspedisiyada Azərbaycanı təmsil etmişdir. 2004 və 2006-cı illərdə ABŞ, Avstraliya, Suriya nümayəndələrinin iştirakı ilə keçirilmiş Beynəlxalq Ekspedisiyalara rəhbərlik etmişdir. 2001–2003-cü illərdə "Biomüxtəəlifliyə dair Milli Məruzə, Strategiya və Fəaliyyət Planı Layihəsi"-ndə Naxçıvan MR üzrə milli mütəxəssis kimi iştirak etmişdir. 2005–2007-ci illərdə Kənd Təsərrüfatı Bitkilərinin biomüxtəlifliyi Global Fondunun (The Global Crop Diversety Trust a Fondootion for Food Securitv) işində iştirak etmişdir.
78 illik ömrünün 60 ilini əmək fəaliyyəti ilə məşğul olan Əliyar İbrahimov onun 50 ilini elmi tədqiqatlara həsr etmişdir.
2004–2008-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda "Bioekologiya" laboratoriyasının müdiri olmuşdur. 2004–2006-cı illərdə xarici ölkə mütəxəssislərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Ekspedisiyalara rəhbərlik etmişdir. 2007-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MR-nın bitkiliyi, onun məhsuldarlığı və botaniki-coğrafi rayonlaşdırılması" mövzusunda doktorluq dissertasiya ışıni uğurla müdafiə etmişdir.
2008-ci ildən AMЕА Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiridir. 280-dən çox elmi əsərin (o cümlədən — 2 monoqrafiya, 16 kitab, 3 dərs vəsaiti) müəllifidir. 6 biologiya üzrə fəlsəfə doktoru və 1 elmlər doktoru yetirmişdir.
Naxçıvan MR-in flora və bitki örtüyünə, biçənək və otlaqlarının müasir vəziyyətinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, nəsli kəsilmək təhlükəsi altında olan növlər, onların səmərəli istifadəsinə, mühafizə və bərpasına aid təkliflər vermişdir. Çoxillik elmi-tədqiqat işləri (1970–2012) zamanı aşkar etdiyi 300-dən artıq yeni taksonlar (fəsilə, cins, növ) Azərbaycan və Naxçıvan MR floralarına, bir qismi isə Qafqaz florasına əlavə olunmuşdur. İşlənib hazırlanmış 34 əməli təklif və tövsiyələr ilə yanaşı, tədqiqat prosesində 22 təklif və tövsiyələr xalq təsərrüfatının müxtəlif sahələrində özünə tətbiq sahəsi tapmışdır[2][3].
1966-cı ildən 2003-cü ilə qədər biologiya və kimya müəllimi, 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin professorudur.