Əlizadə Nəcəfov (tam adı: Nəcəfov Əlizadə Şəmil oğlu) — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri,[1] tarix üzrə fəlsəfə doktoru.
Əlizadə Nəcəfov | |
---|---|
Əlizadə Şəmil oğlu Nəcəfov | |
Doğum tarixi | (70 yaş) |
Doğum yeri | İmişli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri |
Kitabxanaşünaslıq Biblioqrafiyaşünaslıq Kitabşünaslıq |
Elmi dərəcəsi | tarix elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | ADPU |
Mükafatları |
1954-cü il dekabrın 11-də İmişli rayon Muradxanlı kəndində anadan olub. 1975-ci ildə İmişli şəhər 2 saylı orta məktəbini bitirib.
Ali təhsillidir. 1980-ci ildə Bakı Dövlət Universitetini kitabxanaşünas-biblioqraf ixtisası üzrə bitirib. 2001-ci ildə "Azərbaycan Respubilikasının Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin tarixi (1923–1980-ci illər)" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək tarix elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır[2]. 1980–1993-cü illərdə Şüşa Mədəni-Maarif məktəbində müəllim, şöbə müdiri vəzifələrində çalışmışdır. 1993–2000-ci illərdə ADPU-nun Şuşa filialında baş müəllim, tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2000–2006-cı illərdə ADPU-nun Ağcabədi filialında, tədris işləri üzrə direktor müavini, direktor, baş müəllim vəzifələrində çalışmışdır. 2006-cı ildən Azərbaycan Respubilikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri vəzifəsində çalışır. 2006-cı ildən ADPU-nun Ağcabədi filialında, yarımştat əvəzçilik üzrə baş müəllim vəzifəsində çalışır.
25 iyun 2014-cü il "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[3]