Əməş (ərəb. الأعمش) və ya Əbu Məhəmməd Süleyman ibn Mehran əl-Əsədi (681[1] və ya 680, Kufə, İraq, Əməvilər xilafəti – 765[1], Kufə, İraq, Abbasilər xilafəti) — Hədis, qiraət və fəraiz sahələrində öz məharəti ilə tanınan Tabiin nəslinə mənsub olan alim.[2]
Əməş | |
---|---|
ərəb. الأعمش | |
![]() | |
Doğum tarixi | təq. 681 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | Hədis, qiraət, fəraiz |
Əslən Tabasarandan olan Əməş, səhabələrdən Ənəs ibn Maliki görmüş və ondan elm almışdır. Eləcə də səhabələrdən İbn Əbu Əvfa, həmçinin böyük tabiin alimləri İbrahim ən-Nəxai, Əbu Vail, Əbu Əmr əş-Şeybani və başqalarına tələbəlik etmişdir. Şöbə, Süfyan ibn Üyeynə, Süfyan əs-Səvri, Vəki, Əbu Nüeym və Əbu Hənifə kimi böyük mühəddis və fəqihlər ona tələbəlik etmişdir. Onun 1300-dək hədis bildiyi (isnadı ilə bərabər nəql etdiyi) bildirilmişdir. Həmçinin təfsir, fəraiz (vərəsəlik hüqüqu) elmlərinə dair, eləcə də qiraət sahəsində geniş məlumatlara sahib olmuşdur.[2] O, həm də epiqramlıqda və hazırcavab olmaqla tanınırdı. İbn Tolun onun bu cəhətini "əz-Zəhrül-ənəş fi nəvədiril-Əməş" adlı[3] əsərində ifadə etmişdir. Əhməd Məhəmməd əd-Dabib Əməşin həyatı haqqında qələmə aldığı "əl-Əməşuz-zarif Əməş" (Ciddə 1981) adlı əsərində Əməşin düz 105 epiqramına yer vermişdir.