. Love.az

Emel Kluni - Wikipedia - Love.az

Ana Səhifə - Emel Kluni

Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978[1], Beyrut, Livan[2]) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifdir.

Əməl Kluni
ərəb. أمل علم الدين كلوني‎
brit. ing. Amal Alamuddin Clooney
Digər adı Əməl Ələməddin
Doğum tarixi 3 fevral 1978 (47 yaş)
Doğum yeri Beyrut, Livan
Həyat yoldaşı
  • Corc Kluni (2014–)
Atası Rəmzi Ələməddin
Anası Bərə Ələməddin
Fəaliyyəti vəkil
Fəaliyyət illəri 2000-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili və fəaliyyəti
  • 3 Kitabları
  • 4 Məqalələri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan[3] vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, [4] Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir.[5] Əməl Klunin ana dili ərəb dilidir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır.[6][7]

Təhsili və fəaliyyəti

redaktə

2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir. Daha sonra üç il ərzində Nyu-Yorkdakı Sullivan & Cromwell vəkil idarəsində, Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində kontor işçisi kimi çalışmışdır. 2010-cu ildən etibarən Doughty Street Chambers-də vəkildir.[8] Hal-hazırda da orada vəkil idarəsində işləyir. Eyni zamanda Kolumbiya Universitetində, Haaqa Beynəlxalq Hüquq Akademiyasında və London Universitetinin Şərq və Afrika Bilimləri Ali Məktəbində mühazirələr də oxuyur. 2010-cu ildən bəri 10-dan çox elmi məqalə nəşr etdirmişdir. 2011-ci ildən başlayaraq Əməl Kluni bir sıra beynəlxalq məhkəmə prosesində vəkil kimi iştirak etmişdir.

Əməl Kluninin vəkil xidmətlərindən istifadə edənlər sırasında WikiLeaks-in təsisçisi Culian Assanj, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko, Azərbaycandan olan jurnalist Xədicə İsmayıl, Misir əsilli Kanada jurnalisti Məhəmməd Fəhmi və digər tanınmış şəxslər vardır. 2021-ci ilin sentyabrında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) onu Darfurdakı Sudan münaqişəsi üzrə xüsusi müşavir təyin etdi.

Kitabları

redaktə
  • Livan üçün Xüsusi Tribunal: Hüquq və Təcrübə , D. Tolbert və N. Jurdi ilə birgə redaktə edilmişdir (Oxford University Press, 2014). [9]
  • D. Neuberger ilə "Beynəlxalq Hüquqda Azad Nitq" jurnalının redaktoru (2022)
  • Kluni, Amal; Webb, Philippa (2020). Beynəlxalq hüquqda ədalətli məhkəmə araşdırması hüququ.[10] New York: Oxford University Press. ISBN 978-0-198-80839-8

Məqalələri

redaktə
  • Əməl Kluni və ing. Skilbeck, Rupert - "Amal Clooney və Rupert Skilbeck Britaniyanın niyə müharibə cinayətkarlarını hesaba çəkmədiyinə dair" 19 oktyabr 2023.[11]
  • Əməl Kluni (29 iyul 2021). "Avtokratların qalib gəlməsinə imkan verməyin – Bayden media azadlığını bərpa etmək üçün Demokratiya Sammitindən necə istifadə edə bilər" [12]
  • "Filipində demokratiya sınağı" . The Washington Post, 12 iyun 2020
  • "Nəhayət, İŞİD-i ədalətə çatdırmaq üçün koordinasiyalı səylərimiz var". Huffington Post, 22 sentyabr 2017 [13]
  • "Dünya Prezident Naşidin azad olunmasını tələb etdiyi üçün Maldiv adaları repressiyaya doğru sürüşür". Huffington Post,14 oktyabr 2015 [14]
  • "Əl-Cəzirə jurnalisti Məhəmməd Fəhmini azad etmə vaxtıdır. Huffington Post,2 Avqust 2015 [15]
  • "Misir kanadalı jurnalist Məhəmməd Fəhmini evinə göndərməlidir". Huffington Post, 26 fevral 2015 [16]

İstinadlar

redaktə
  1. ↑ Amal Clooney // Munzinger Personen (alm.).
  2. ↑ Deutsche Nationalbibliothek Record #1051385075 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. ↑ Globe Staff. "George Clooney rejects Daily Mail's apology for 'fabricated' story". The Globe and Mail. Phillip Crawley. 11 July 2014. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2014. whose father, Ramzi, belongs to a prominent Druze family.
  4. ↑ "Amal Alamuddin: George Clooney's Betrothed a Star Among Druze Community". NBC News (ingilis). 2014-09-13. 2017-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  5. ↑ Gebeily, Maya. "Amal Alamuddin from 'Druze family of sheikhs'". NOW News. 30 April 2014. 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 September 2014.
  6. ↑ McNeal, Gregory S. "International Lawyer And Scholar Amal Alamuddin Engaged To George Clooney". Forbes (ingilis). 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  7. ↑ News, A. B. C. "Matt Damon Says George and Amal Clooney Will Be 'Great Parents'". ABC News (ingilis). 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  8. ↑ "Wayback Machine". web.archive.org. Archived from the original on 2015-07-31. İstifadə tarixi: 2024-01-16.
  9. ↑ "Arxivlənmiş surət". global.oup.com. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  10. ↑ "Arxivlənmiş surət". global.oup.com. 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  11. ↑ "Amal Clooney and Rupert Skilbeck on why Britain fails to hold war criminals to account". The Economist. ISSN 0013-0613. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  12. ↑ Clooney, Amal. "Don't Let the Autocrats Win - How Biden Can Use the Democracy Summit to Build Back Media Freedoms". Just Security (ingilis). 2021-07-29. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  13. ↑ "Amal Clooney: 'Finally, We Have A Coordinated Effort To Bring ISIS To Justice'". HuffPost (ingilis). 2017-09-23. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  14. ↑ Amal Clooney. "Maldives Backslides Into Repression as the World Calls for President Nasheed's Release". HuffPost (ingilis). 2015-10-14. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  15. ↑ "It Is Time for Sisi to Set Al Jazeera Journalist Mohamed Fahmy Free". HuffPost (ingilis). 2015-08-02. 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  16. ↑ Amal Clooney. "Egypt Should Send Canadian Journalist Mohamed Fahmy Home". HuffPost (ingilis). 2015-02-26. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.

Xarici keçidlər

redaktə
  Vikianbarda Əməl Kluni ilə əlaqəli mediafayllar var.
  • Amal Clooney at Doughty Street Chambers
  • Əməl Kluni — IMDb səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əməl_Kluni&oldid=7915796"
LOVE.AZ