Əminə İlhami (ərəb. امینه الهامی; 24 may 1858, İstanbul – 19 iyun 1931, İstanbul) — II Misir xidivi Kavalalı Tofiq Paşanın xanımı, Misir şahzadəsi.
Əminə İlhami | |
---|---|
![]() | |
25 iyun 1879 – 7 yanvar 1892 | |
8 yanvar 1892 – 19 dekabr 1914 | |
Əvvəlki | Şəfəqnur xanım |
Sonrakı | Nurfələk Qadınəfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 may 1858(1858-05-24) |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 1931(1931-06-19) (73 yaşında) |
Vəfat yeri | |
Atası | Kavalalı İbrahim Hilmi Paşa |
Anası | Nəsrin Qadınəfəndi |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Kavalalı ailəsi |
![]() |
24 may 1858-ci ildə İstanbulda dünyaya gəldi.[1] Atası Misir valisi I Abbas Hilmi Paşanın oğlu İbrahim İlhami Paşa, anası isə onun xanımlarından Nəsrin Qadınəfəndidir.[2] Ancaq hələ 2 yaşında ikən atası Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu və cənazəsi ailə üzvləriylə birlikdə Qahirəyə aparıldı.[3]
16 yanvar 1873-cü ildə Misir xidivi Kavalalı İsmayıl Paşanın oğlu Tofiq Paşayla evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi.
1879-cu ildə qaynatasının taxtdan çəkilməsi nəticəsində əri Tofiq Paşa xidiv təyin olundu və Əminə İlhami xanım Misirdə first lady olaraq fəalliyyətə başladı. 1884-cü ildə xidiv Tofiq Paşanın anası Şəfəqnur xanımın, 1885-ci ildə isə nənəsi Hoşyar xanımın vəfatı ilə ailədə ən nüfuzlu qadın olan Əminə İlhami xanım xidivin yeganə xanımı idi və onun üzərində böyük nüfuz sahibi idi. Onun səyləri nəticəsində, xidiv sarayının hərəmxana bölümü bağlandı.
Ərinin 1892-ci ildə vəfatının ardından oğlu Abbas Hilmi Paşa taxta çıxarıldı və beləliklə, Əminə İlhami xanım Validə Paşa oldu.[4] Külli miqdarda şəxsi sərvəti olan Əminə İlhami xanım bu sərvətini xeyriyyə işlərinə sərf etdi və Ümmül-muhsinin (Xeyirsevərlərin anası) adını aldı.[5]
Oğlu II Abbas Hilmi Paşa ilə birlikdə İstanbulda ikən 19 dekabr 1914-cü ildə oğlu ingilislər tərəfindən vəzifədən alındı. Bundan sonrakı ömrünü oğluyla birlikdə Vyana və İstanbulda sürgündə yaşayan Əminə İlhami 19 iyun 1931-ci ildə İstanbulda vəfat etdi.[6] Cənazəsi Qahirəyə aparıldı və Xidiv Tofiq türbəsinə dəfn olundu.
16 iyul 1885-ci ildə Osmanlı sultanı Sultan Əbdülhəmid tərəfindən Şəfqət ordeniylə mükafatlandırıldı.