. Love.az

Emine Xatun - Wikipedia - Love.az

Ana Səhifə - Emine Xatun

Əminə Xatun (1398, Əlbistan – 1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı olan Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəyin qızıdır.

Əminə Xatun
Doğum tarixi 1398
Doğum yeri
  • Əlbistan, Türkiyə
Vəfat tarixi 1449
Vəfat yeri Bursa
Həyat yoldaşı I Mehmed
Uşağı II Murad
Atası Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəy
Milliyyəti Türk
Fəaliyyəti əsilzadə

İldırım Bəyazidin oğlu Çələbi I Mehmed ilə 1403-cü ildə evlənmişdir. II Muradın anası və beləliklə, Fateh Sultan Mehmedin nənəsidir. Oğlunun səltənəti dövrünü görmüş və Validə sultan olmuş olsa da, o dövr üçün validə sultanların saray daxilində çox da gücləri yox idi. Bu səbəbdən güclü saray qadını olmamışdır. 1449 tarixində, oğlundan iki il əvvəl vəfat etmiş, cənazəsi Muradiyə Məscidindəki Xatuniyə türbəsinə dəfn edilmişdir.

Həmçinin bax

redaktə
  • II Murad
  • I Mehmed
  • Validə sultanlar

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əminə_Xatun&oldid=6398101"
LOVE.AZ