. Love.az

Emirgune Xan Agcaqoyunlu Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Emirgune Xan Agcaqoyunlu Qacar
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Əmirgunə xan Gülabi xan oğlu Ağcaqoyunlu-Qacar — Çuxursəəd bəylərbəyi.

Əmirgunə xan Ağcaqoyunlu-Qacar
Əmirgunə xan Gülabi xan oğlu Ağcaqoyunlu-Qacar
Çuxursəəd bəylərbəyliyi
1605 – 1625
ƏvvəlkiMəhəmməd Şərif paşa (Osmanlı işğalı)
SonrakıTəhmasibqulu xan Ağcaqoyunlu-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 1536
Doğum yeri İrəvan, Çuxursəəd bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi 1625
Vəfat yeri İrəvan, Çuxursəəd bəylərbəyliyi, Səfəvilər dövləti
Fəaliyyəti xan
Atası Gülabi xan
Uşaqları Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar, Abbasqulu xan
Hərbi xidmət
Xidmət illəri 1595-1625
Rütbəsi general

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Fəaliyyəti
  • 4 Mənbə
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Əmirgunə xan Gülabi xan oğlu Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili aimışdı.1605-ci ildən, Qızılbaşların İrəvanı osmanlılardan geri almağı tarixindən Çuxur Səəd bəylərbəyi təyin olunmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.

Əmirgunə xan Ağcaqoyunlu-Qacar1625-ci ildə vəfat edib.

Ailəsi

redaktə

Əmirgunə xanın Təhmasibqulu xan, Abbasqulu xan adlı oğulları vardı.

Fəaliyyəti

redaktə

Əmirgunə xanq urucu, xeyriyyəçi bir şəxs idi. Tarixçi Zəkəriyyə yazır: "Əmirgunə xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldırdı, arxlar çəkdirib, şəhərin suyunu artırdı. Onun hakimiyyət illəri Çuxur Səədin çiçəkləndiyi dövr olmuşdu.Tarixçi Kanakersi də yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmirgunə xanı ora hakim təyin edir. O, hakimiyyətə başlayan təki xeyirxah əməllərlə məşğul olur, tikinti-abadlıq işləri aparır, vergiləri azaldır, kisə-kisə çörək bişirtdirib, İrəvanın inşasında çalışanlara paylayır, beləcə yaşayıb, şəhər və kəndləri abadlaşdırır".

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  • Qacarlar
  • Çuxursəəd
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əmirgunə_xan_Ağcaqoyunlu-Qacar&oldid=8121952"
LOVE.AZ