Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (dekabr 2023) |
Əmunilər,[1] həmçinin Əmmun xalqı,[2] əmmunlular,[2] Ammon övladları[3] və ya ammonlular[3] (əmn.: 𐤏𐤌𐤍 ʻAmān; ivr. עַמּוֹן ʻAmmōn; ərəb. عمّون) İordan çayının şərqində, indiki İordaniyada yaşamış qədim samidilli xalq.[4][5]
Qeyd edilmiş bir neçə əmuni adları arasında hər ikiis Bibliyadan götürülmüş Nahaş və Hanun mövcuddur.[6] Əmuni dilinin Kənan ailəsinə aid olduğuna inanılır, ivrit və Moav dilləri ilə sıx bağlıdır. Əmuni dili müəyyən arami təsirləri özündə birləşdirmiş olması ehtimal edilir.[7] Əmuni dilində müxtəlif kitabələr məlumdur.[8]
Əmunilərin dini haqqında az şey məlumdur. Bu haqda mənbələr əsasən Yəhudi Bibliyası və maddi sübutlardır. Onların dinləri Levant dinləri üçün olduqca tipik idi.[9]