Ənvər Bikçentayev (tam adı: Ənvər Qadeyeviç Bikçentayev; başq. Әнүәр Һаҙый улы Бикчәнтәев; d. 4 oktyabr 1913, Ufa – 18 may 1989, Ufa) — başqırd sovet yazıçısı[1].
Ənvər Bikçentayev | |
---|---|
başq. Әнүәр Һаҙый улы Бикчәнтәев | |
Doğum tarixi | |
Doğum yeri | Ufa |
Vəfat tarixi | 5.18.1989 |
Vəfat yeri | Ufa |
Dəfn yeri |
|
Vətəndaşlığı |
![]() |
Milliyyəti | başqırd |
Təhsili | ali |
Fəaliyyəti | yazıçı, jurnalist, redaktor, tərcüməçi, ssenarist |
Əsərlərinin dili | rus dili, Başqırd dili |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
bikchentaev.ru |
4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdür[2].
1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur.
1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir.
1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir[1].
1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv kimi qəbul edilmişdir.
Əsərləri 1933-cü ildən çap olunmağa başlamışdır[1].
Rus və başqırd dillərində yazmışdır[3].
"Qırmızı lalələr" (1944), "Rus əsgəri haqqında novellalar" (1946) hekayə toplularının müəllifidir; "Ölməzlik hüququ" (1950) povesti A.M. Matrosova həsr olunmuşdur. "Durnalar Uralda qalır" (1956), "Sənə cənnət vəd etmirəm" (1963) və s. sosial-psixoloji romanları, uşaqlar üçün əsərləri vardır. "Səfirin qızı" povesti Azərbaycan dilinə tərcümə olunmuşdur[1].