Ənvər Mahmudoviç Qasımov (13 aprel 1933, Oş – 17 oktyabr 2020, Daşkənd) — Özbəkistan yazıçısı, türkoloqu, tarixçisi, tarix elmləri doktoru, professor.
Ənvər Qasımov | |
---|---|
özb. Қосимов Анвар Маҳмудович | |
Doğum tarixi | 13 aprel 1933(1933-04-13) |
Doğum yeri | |
Vəfat tarixi | 17 oktyabr 2020(2020-10-17) (87 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | xarici siyasət, beynəlxalq münasibətlər |
Elmi dərəcəsi | |
Təhsili |
|
Tanınmış yetirməsi | Lalə Kərimova |
Mükafatları |
![]() |
Ənvər Mahmudoviç Qasımov 13 aprel 1933-cü ildə Qırğızıstan SSR-nin Oş şəhərində anadan olub. 1958-ci ildə indiki Özbəkistan Milli Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1958–1962-ci illərdə aspiranturada təhsilini davam etdirib.1962–1965-ci illərdə Özbəkistan respublikasının EA-nın Şərqşünaslıq institutunun kiçik elmi işçisi olub. 1965–1968-ci illərdə Daşkənd Dövlət Universitetinin xarici tələbələr üçün hazırlıq fakültəsinin dekanı vəzifəsində çalışıb. 1968–1971-ci illərdə Özbəkistan SSR MK-də Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləyib.[1]