. Love.az

Enver Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Enver Quliyev
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Ənvər.

Ənvər Quliyev (Quliyev Ənvər Məmmədqulu oğlu; 28 iyun 1943, Azərbaycan) — Tibb elmləri doktoru, professor. Çikaqo Reproduktiv Genetika İnstitutunun elmi direktoru.

Ənvər Quliyev
Quliyev Ənvər Məmmədqulu oğlu
Doğum tarixi 28 iyun 1943(1943-06-28) (81 yaş)
Doğum yeri
  • Azərbaycan
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Elmi adı
  • professor
Təhsili
  • Azərbaycan Tibb Universiteti

Həyatı

redaktə

Quliyev Ənvər Məmmədqulu oğlu 1943-cü il iyunun 28-də Azərbaycan Respublikasında anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra həmin universitetin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb. 1977–1979-cu illərdə Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun insanın sitogenetikası laboratoriyasının baş elmi işçisi olub. 1979–1980-ci illərdə Ə. Quliyev Ümumdünya Səhiyyə Təşkilatının (Cenevrə) qeyri-yoluxucu xəstəliklər şöbəsində məsləhətçi olub. 1980–1986-cı illərdə Ümumdünya Səhiyyə Təşkilatının irsi xəstəliklər proqramının rəhbəri olub. 1986–1990-cı illərdə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun prenatal diaqnostika şöbəsinin müdiri olub. 1990-cı ildən bu günə qədər Çikaqo Reproduktiv Genetika İnstitutunun elmi işlər üzrə direktorudur.[1]

İstinadlar

redaktə
  1. ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ənvər_Quliyev&oldid=7374968"
LOVE.AZ