Ərəb Sosialist Baas Partiyası – Suriya Regionu (ərəb. حزب البعث العربي الاشتراكي – قطر سوريا, Hizb əl-Bəəs əl-Ərəbi əl-İştiraki – Kutr Suriya), rəsmi olaraq Suriya Regional Şöbəsi (Suriya BƏƏS ideologiyasında ərəb millətinin "region"udur) — Mişel Əfləq, Salahəddin Bitar və Zəki Ərsuzinin ardıcılları tərəfindən 7 aprel 1947-ci ildə qurulmuş[1] neobəəsçi təşkilatı. 1966-cı ildə orijinal Bəəs Partiyasının (1947–1966) regional qolu idi, lakin partiya daxilində baş tutan parçalanmadan sonra sədaqətini suriyalıların üstünlük təşkil etdiyi Bəəs hərəkatına (1966–2024) doğru dəyişmişdir. Partiya 1963-cü ildə bəəsçiləri hakimiyyətə gətirən dövlət çevrilişindən sonra Suriyanı 2024-cü ildə rejimin devrilməsinə kimi idarə etmişdir.
Ərəb Sosialist Bəəs Partiyası – Suriya Regionu حزب البعث العربي الاشتراكي – قطر سوريا | |
---|---|
![]() | |
Baş katib | Bəşər Əsəd |
Quruluş tarixi | 7 aprel 1947 |
Dağılma tarixi | 11 dekabr 2024 |
Baş qərargah | |
İdeologiya | Bəəs[d] |
İdeoloji spektr | İfrat sol |
Saytı | baathparty.sy |
Bayrağı |
![]() |