. Love.az

Erefse Das Korpusu - Wikipedia - Love.az

Ana Səhifə - Erefse Das Korpusu

Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır.

Ərəfsə körpüsü
Ölkə  Azərbaycan
Şəhər Culfa
Yerləşir Ərəfsə
Aidiyyatı Səfəvilər
Tikilmə tarixi XVI-XVII əsrlər
Üslubu Azərbaycan memarlığı
Vəziyyəti Fəaliyyət göstərir
KateqoriyaKörpü
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Tarixi
  • 3 Xüsusiyyətləri
  • 4 Həmçinin bax

Ümumi məlumat

redaktə

Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir.

1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur.

Tarixi

redaktə

Səfəvilər dövründə, XVI–XVII əsrlərdə inşa edilmişdir.

Xüsusiyyətləri

redaktə

Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur.

Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir. Körpünün eni isə 7 metrdir.

Həmçinin bax

redaktə
  • Ərəfsə
  • Ərəfsə piri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ərəfsə_körpüsü&oldid=7505603"
LOVE.AZ