. Love.az

Erestu Hebibbeyli - Wikipedia - Love.az

Ana Səhifə - Erestu Hebibbeyli
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Ərəstü İsa oğlu Həbibbəyli (1980, Naxçıvan) — Azərbaycan ictimai-siyasi xadimi, iqtisadçı, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri[1], Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, iqtisad elmləri namizədi.

Ərəstü Həbibbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 1980
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Atası İsa Həbibbəyli

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Fəxri adlar
  • 4 Yaradıcılığı
    • 4.1 Kitabları
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Ərəstü Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirmişdir.

2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil almışdır. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya ilə xarici əlaqələrinin əsas istiqamətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.[2]

2002–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləmişdir.

2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmiş[3], 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olmuşdur.[4]

9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi təyin olunmuşdur.

21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunmuşdur.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

redaktə

Ailəlidir, üç övladı var.

Ərəstü Həbibbəyli Azərbaycan alimi İsa Həbibbəylinin oğludur.

Qardaşı Səhət Həbibbəyli — Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general mayoru.

Fəxri adlar

redaktə
  • Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi —
  • Dövlət qulluğunda fərqlənməyə görə medal — 27 iyun 2013[5]
  • 2-ci dərəcə dövlət müşaviri – 27 dekabr 2018
  • "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — 9 iyul 2019
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019

Yaradıcılığı

redaktə

Müəllifin xarici siyasətin aktual mövzularına dair Azərbaycanda və xaricdə 50-yə yaxın məqaləsi çap olunmuşdur.

Kitabları

redaktə
  • "Azərbaycan-Britaniya iqtisadi əlaqələri" (Bakı, "Nurlan", 2007-ci il)
  • "Sivilizasiyaların kəsişməsində Türk dünyası" (Bakı, "Elm və təhsil", 2011-ci)
  • "Uygarlıkların Kavşağında Türk Dünyası" (İstanbul, "Yedirenk", 2013-cü il, türk dilində)
  • Yeni çağırışların işığında (Bakı, "Elm və təhsil", 2014, məqalələr toplusu)

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu". 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-19.
  2. ↑ Azərbaycan Respublikasının Böyük Britaniya ilə xarici əlaqələrinin əsas istiqamətləri : iqtisad е. n. а. dər. al. üçün təq. ed. dis.: 08.00.14 /Ə. İ. Həbibbəyli ; AMEA, İqtisadiyyat İn-tu.
  3. ↑ "Ərəstü Həbibbəyli kimdir?". 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-19.
  4. ↑ Ə. İ. Həbibbəylinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  5. ↑ "Arxivlənmiş surət". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.

Xarici keçidlər

redaktə
  • Tvitter hesabı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ərəstü_Həbibbəyli&oldid=8067460"
LOVE.AZ