. Love.az

Ermenet - Wikipedia - Love.az

Ana Səhifə - Ermenet

Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Ərmənət
41°03′53″ şm. e. 47°34′06″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Oğuz
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 793 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 570 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4818[1]
Xəritəni göstər/gizlə
Ərmənət xəritədə
Ərmənət
Ərmənət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Tarixi

redaktə

Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir.

Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur.

Toponimikası

redaktə

Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd. Qaladağ dağının ətəyindədir. Keçmiş adı Oğuzyeri olmuşdur. Məşhur Oğuzlar qəbri bu ərazidə yerləşir. Kəndin əhalisi keçmiş Yazıqırağı kəndindən çıxmış ailələrdən ibarətdir.

Oykonim, ehtimal ki, orman (meşə) sözünə -ət şəkilçisini əlavə etməklə yaranmışdır; mənasını isə "ormanat", yəni "ormanlıq", "meşəlik" kimi açıqlamaq olar.[2]

Əhalisi

redaktə

1863-cü il Şəki qəzasının Xaçmaz sahəsinin kameral təsvirinə əsasən Ərmənət kəndində 124 təsərrüfatda 485 nəfər əhali yaşayırdı ki, onların da 283 nəfərini kişilər, 202 nəfərini qadınlar təşkil edirdi.[3]

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 571 nəfər əhali yaşayır.[4]

Həmçinin bax

redaktə
  • Oğuz rayonu

Xarici keçidlər

redaktə
  Vikianbarda Ərmənət ilə əlaqəli mediafayllar var.
  • Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.81
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ərmənət&oldid=6998039"
LOVE.AZ