Əsəd Əsədov (1 mart 1947, Bakı – 23 sentyabr 2023[1]) — Səs operatoru, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Əsəd Əsədov | |
---|---|
Əsəd Fərrux oğlu Əsədov | |
![]() | |
Doğum tarixi | 1 mart 1947(1947-03-01) |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 2023(2023-09-23)[1] (76 yaşında) |
Dəfn yeri | |
Atası | Fərrux Əsədov |
Fəaliyyəti | Səs operatoru |
Təhsili |
|
Mükafatları |
![]() ![]() |
IMDb | ID0038282 |
Əsəd Fərrux oğlu Əsədov 1 mart 1947-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib (1970). 100-ə yaxın bədii və sənədli filmin, "Mozalan" satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur. "Yaramaz" filminə görə dövlət mükafatı (1991), "Ailə" filmindəki işinə görə "ən yaxşı səs rejissoru" nominasiyasında "Qızıl Çıraq" mükafatına layiq görülüb (2003). Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür[2]. Dövlət Mükafatı laureatıdır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3][4]
23 sentyabr 2023-cü ildə Bakıda vəfat etmişdir.[5]