Əsədulla Cəfərov (tam adı: Əsədulla Qüdrət oğlu Cəfərov) — Azərbaycan arxeoloqu, AMEA Tarix və Etnologiya İnstitutunun "Daş dövrü arxeologiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor.[1][2]
Əsədulla Cəfərov | |
---|---|
Cəfərov Əsədulla Qüdrət oğlu | |
![]() Əsədulla Cəfərov Azıx mağarasının qarşısında. 17 mart 2021 il. | |
Doğum tarixi | (76 yaş) |
Doğum yeri | Ərkivan , Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Qüdrət |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | aparıcı elmi işçi |
İş yerləri | AMEA Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Əsədulla Qüdrət oğlu Cəfərov 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur.
O, 1966-cı ildə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib. 1966-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, 1973-cü ildə oranı bitirib.
Əsədulla Cəfərov 1968-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu H.Zərdabi adına Təbiət-tarix muzeyində işləyib. 1971-ci ildən Azərbaycan EA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyib.
1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
1975-ci il noyabrın 1-dən 1977-ci il noyabrın 1-dək SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib. 1977-ci ildə noyabrın 1-dən 1984-cü il yanvarın 9-dək Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, 1984-cü il yanvarın 10-dan 1992-ci il dekabrın 1-dək baş elmi işçi, 1992-ci il dekabrın 1-dən 1994-cü il noyabrın 1-dək aparıcı elmi işçi, 1994-cü il noyabrın 1-dən isə Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyir.
1979-cu il iyunun 6-da SSR EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında namizədlik dissertasiyanı müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1980-ci ildə “Azərbaycanın Mustye mədəniyyəti” monoqrafiyasına görə elm və texnika sahəsində respublika komsomolu mükafatı laureatı adını alıb.1992-ci ildə dekabrın 25-də Azərbaycan EA Tarix İnstitutunda Elmi Şurasında “Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edib.
1999-cu ildə Masallı rayonu İcra Hakimiyyəti onu Tarix elminin inkişafındakı xidmətlərinə görə “Qələbə” fondunun mükafatına layiq görmüşdür.
2001-ci ildə Fransanın Totavel şəhərində keçirilən Beynəlxalq konfransda İNTAS-2000 proqramının Azərbaycan üzrə əlaqələndiricisi seçilmiş və qrant almışdır. 2001-ci il və 2003-cü illərdə Fransada Avropa alimləri ilə 3 ay birgə elmi tədqiqat işləri aparmış və Qarabağın qədim tarixinə aid elmi məruzələr etmişdir. 2002-ci ildə “Azərbaycanın 100 görkəmli alimi” adlı müsabiqənin qalibi olmuşdur.
2015-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığım uğurlu elmi tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyim xidmətlərə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl Medal” ilə təltif olunub.
2025-ci il martln 11-idə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə London Beynəlxalq Kitab Sərgisinin açılış günündə Əsədulla Cəfərovun “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilmişdir.[3]
148 məqalə.