. Love.az

Esabil Qasimov - Wikipedia - Love.az

Ana Səhifə - Esabil Qasimov
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Əsabil Qarakişi oğlu Qasımov (8 noyabr 1955, Qaralar, İmişli rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin 79 saylı İmişli seçki dairəsindən seçilmiş IV çağırış[1] deputatı. Yeni Azərbaycan Partiyasının üzvü.

Əsabil Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1955(1955-11-08) (69 yaş)
Doğum yeri
  • Qaralar, İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əsabil Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışmışdır.[2]

1995-ci ildən "Karat" holdinqinin direktorudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Çexiya, Gürcüstan, İtaliya, Qətər, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ailəsi

redaktə

Evlidir, 2 övladı var

Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc vəfat edib.[3].

İstinadlar

redaktə
  1. ↑ Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az  (az.)
  2. ↑ "QASIMOV Əsabil Qarakişi oğlu". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-09.
  3. ↑ "Deputatın oğlu xaricdə xizək qəzasında vəfat etdi" ( (az.)). az24saat.org. 2019-01-24. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24-01-2019.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əsabil_Qasımov&oldid=8000231"
LOVE.AZ