Əsl şotlandiyalı (ing. True Scotsman) — alt paltarları olmadan kilt geyən kişilər ilə əlaqədar Şotlandiyada istifadə olunan satirik ifadə[1]. Alt paltarı olmadan kilt geymək ənənəsinin əslində orduda çıxmasına baxmayaraq, o, adət-ənənəyə diqqətsiz münasibət və ya hətta saymamazlıq ifadəsi kimi Şotlandiya folkloruna daxil olmuşdur[2].
Kiltin alt paltar olmadan geyinmə ənənəsi, onun Şotland hərbi geyiminin bir hissəsinə çevrilməsindən sonra yaranmışdır, bu da sonralar ingilis dilində çılpaq bədənə geyinən kilt geyimini bildirən «go regimental» (alay üslubunda getmək) və «military practice» (hərbi təcrübə) kimi ifadələrin (evfemizmlərin) yaranmasına səbəb olmuşdur[2][3]. Birinci Dünya müharibəsi zamanı qərb cəbhəsində xidmət göstərən bəzi yüksək səviyyəli çavuşlar paraddan əvvəl əsgərlərin kiltlərini yoxlamaq üçün bir qolf çubuğunun və ya əsanın ucuna kiçik bir güzgü bağlayırdılar. 1950-ci ildən isə əsgərlər kazarmaların döşəməsinə yerləşdirilmiş güzgü vasitəsilə Baş çavuş tərəfindən yoxlanılır[3]. 1997-ci ildə "Qara Mühafizəçi" (ing. Black Watch) adlı Şotlandiya Kral alay batalyonunun əsgərləri Honqkonq şəhərində keçirilən hərbi mərasim zamanı küləkli hava səbəbiylə yerli və xarici mətbuatın diqqət mərkəzində olmuşdular[2].
Lakin, ənənəvi Şotlandiya dağ rəqs ifaçıları və Haylanders oyunlarınıniştirakçılarından müsabiqənin qaydalarına uyğun olaraq sadə və layiqincə geyinmək tələb olunur. Dağ rəqs müsabiqələri və Şotlandiyanın Hayland oyunlarının qeyri-rəqabətli ifaları zamanı rəsmi Şuranın (Scottish Official Board of Highland Dancing — SOBHD) əsasən alt paltarları üzərində məhdudiyyətlər tətbiq olunur: "Kiltin altına ağ rəng olmamaq şərti ilə qara və ya tünd çalarlı alt paltarları geymək lazımdır"[4]. Dağ rəqs ifaçılarından da müsabiqə zamanı hər hansı bir şort geyinmək tələb olunur.
"Əsl şotlandiyalı" termini ən çox kiltin yoxlanılması ilə əlaqədar istifadə olunur və bu proses bəzən aşağıdakı kimi baş verir:[5][6]
Kilt daşıyıcısından onun "əsl şotland" olub olmadığını soruşulur. O isə öz növbəsində bu sorğuya müsbət və ya mənfi cavab verir. Bəli, yəni müsbət cavab verildikdə şəxs və ya vəziyyətdən asılı olaraq fərqli sübut tələb oluna bilər. Cavabın mənfi olduğu halda isə alt paltarı çox vaxt müsadirə oluna bilər.
"Şeytan tumanları" (ing. The Devil's Panties) adlı məşhur veb-komikslərin müəllifi Cenni Briden (Jennie Breeden) kiltləri komik şəkildə yoxlamaq məqsədilə müntəzəm olaraq ventilyatordan istifadə edir[7][8].
Fentezi azarkeşləri və intibah festival (ing. Renaissance fair) iştirakçıları arasında kiltin populyarlığı nəzərə alaraq, kostümlu tədbirlərdə kiltin alt parlarla və paltarsız geyinildiyini təsdiqləyən yoxlamalar geniş yayılmışdır[9][10]. Bu yoxlamalar özündə müəyyən bir ritual daşıyır, çünki kilti geyinmiş şəxsin rəsmi icazəsi olmadan yoxlama cinsi sui-istifadə və ya təcavüz kimi qəbul oluna bilər[11].