Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü.
Əsl püstə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Əsl püstə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Püstə ağacı 25-35 fut yüksəkliyə qədər böyüyə bilən, uzunömürlü bir bitkidir. Yarpaqları bir neçə kiçik yarpaqcıqlardan ibarət olan mürəkkəb yarpaqlardır. Çiçəkləri dişi və erkək çiçəklər olmaqla ayrı-ayrı ağaclarda inkişaf edir (iki evli bitki).
Püstə meyvəsi bir toxumlu, qabıqlı və çəyirdəkli meyvədir. Toxum adətən yaşıl rəngdə olur və dadı qidalandırıcı, bir qədər şirin və unikal aromaya malikdir.[2] Çəyirdəyin bərk hissəsinin parçalaması seleksiyanın nəticəsidir.[3]
Püstə səhra bitkisidir və onun şorakət torpaqlara dözümlüyü yüksəkdir.[4] Onun mənşəyi Əfqanıstan, İran və Mərkəzi Asiya ərazilərindən gəlir.[5][6][7][8]
Arxeoloji tapıntılar göstərir ki, püstə toxumları artıq e.ə. 6750-ci ildə yemək üçün istifadə olunurdu.[9] Onun istehlakının ən erkən sübutu, Özbəkistan ərazisində yerləşən, tunc dövrünə aid olan, Carkutan kompleksində aşkar olunub.[10][11]
Püstə ləpələri adətən tam şəkildə, bişməmiş və ya qovrulmuş və duzlanmış şəkildə yeyilir. Onlar həmçinin, püstə dondurması (o cümlədən kulfi, bastani və spumone), püstə yağı,[12][13] püstə pastası,[14] püstə paxlavası, püstə şokoladı,[15] püstə halvası,[16] püstə likörü[17] və s. yeməklərin hazırlamasında işlənilir.
Ölkə | ton |
---|---|
ABŞ | 400,070 |
İran | 241,669 |
Türkiyə | 239,289 |
ÇXR | 81,700 |
Suriya | 45,467 |
Dünya | 1,026,803 |
Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı[18] |
2022-ci ildə dünyanın püstə ləpəsinin ən böyük istehsaçıları ABŞ, İran və Türkiyə idi. Onlar həmin il, birgə, püstə ləpəsinin 88%-i istehsal ediblər.
These pale green nuts covered with a papery skin grow on a small deciduous tree native to Persia, the area that still produces the best pistachios.
The pistachio tree is believed to be indigenous to Iran.
Native P. vera forests are located in north eastern part of Iran particularly in Sarakhs region. This native P. vera is the origin of cultivated pistachio trees in Iran [1]. P. mutica is a wild species indigenous to Iran, growing with almond, oak and other forest trees common to most Alpine regions.