Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd.[3]
Əsrik Cırdaxan | |
---|---|
40°52′02″ şm. e. 45°37′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6028[2] |
Xəritəni göstər/gizlə
|
Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır.[4]
Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
5196 | Məbəd və qala divarlarının qalıqları[5] | Qeyd olunmayıb | Əsrik Cırdaxan kəndi | Memarlıq | Yerli |
Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 2007 | 991 | 1016 |
2009[7] | ↗2075 | ↗1056 | ↗1019 |
Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı,[8] Əsrik Cırdaxan kənd klubu,[9] Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028)[10] fəaliyyət göstərir.
Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Bundan başqa kənddə Əsrik Cırdaxan kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Əsrik Cırdaxan kənd xəstəxanası yerləşir.[14]