Əxi Fərəc Zəncani[1], Şeyx Şəqiq Fərəc (?-1065) — XI əsr sufi alimi.
Əxi Fərəc Zəncani | |
---|---|
شیخ شقیق فرج | |
Doğum yeri | Zəncan |
Vəfat tarixi |
Əxi Fərəc Zəncani Seyid Əbülabbas Nəhavəndinin müridi idi.
İran ərazisində yaşayan XI əsr əxilərdən ilk söz açan müəlliflərdən biri Cüllabi Xuciviri o vaxtın ən məşhur əxisi (əxi sözü fütüvvət əhli mənasında işlənir) kimi Fərəc Zəncani adlı bir nəfərdən söz açır. Müəllif bu şəxsin milliyyətindən danışmır, amma iranlı təsəvvüfçülərin ən böyüyü olduğunu deyir. Dövlətşah Səmərqəndiyə görə Fərəc Zəncani Azərbaycanda yaşayan türklərdən olmuş, eyni zamanda Nizami Gəncəvinin müəllimi olması haqqında məlumatlar vermişdir.