. Love.az

Eyridag - Wikipedia - Love.az

Ana Səhifə - Eyridag

Ordubad rayonu ərazisində dağ (hünd. 3124,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində, Eşşək-Meydanı aşırımından 2 km şərqdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. [1]

Əyridağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3124 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Ordubad

Həmçinin bax:

redaktə
  • Elti dağı
  • Abdal (dağ)
  • Ağqaya
  • Dərələyəz silsiləsi
  • Qurdtəpəsi

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əyridağ&oldid=6087312"
LOVE.AZ